Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti: İlham Əliyev və Paşinyan nəyi müzakirə edəcək?

Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti: İlham Əliyev və Paşinyan nəyi müzakirə edəcək?

Hazırda oxunan: Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti: İlham Əliyev və Paşinyan nəyi müzakirə edəcək?

52801

Bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.

Bizim.Media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl MDB ölkələrinin başçılarının şimal paytaxtında şəxsi görüşünün hazırlandığını təsdiqləyib.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, liderlərin görüşü əsas beynəlxalq və regional mövzular üzrə mövqelərin əlaqələndirilməsi, eləcə də ilin yekunlarına həsr olunacaq.

“Ənənəyə uyğun olaraq, Birlik ölkələrinin liderləri təşkilatın cari ildəki işinin nəticələrini ümumiləşdirəcək, gələcək üçün əsas vəzifələri, beynəlxalq, regional mövzuları müəyyən edəcək”, - deyə o, qeyd edib. 

Ekspertlər hesab edirlər ki, qeyri-rəsmi sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilər.

Mümkündür ki, danışıqlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryan, həmçinin müdafiə nazirliklərinin rəhbərləri və xarici işlər nazirləri iştirak edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO