“Azərbaycan və Ermənistan ərazilərindəki anklav problemini inkar etmək olmaz, lakin bu, delimitasiya prosesi çərçivəsində həll edilə bilər”.
Bizim.Media xəbər verir ki, bunu bazar ertəsi keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistandakı anklavlar məsələsinin necə həll olunacağı ilə bağlı sualı cavablandırarkən deyib.
Nazir bildirib ki, işğal olunmuş ərazilər azad edildikdən və Ermənistanla sərhədlərin nəzarətə götürülməsindən sonra “sərhədləri sivil qaydada müəyyən etmək” mümkün olub.
Bayramovun qeyd etdiyi kimi, anklavlar heç kimin inkar edə bilməyəcəyi reallıqdır:
“Müxtəlif xəritələrə istinad edilməsindən asılı olmayaraq, hətta sovet dövründə belə yaşayış məntəqələri olub ki, orada dövlət və şəxsi mülkiyyət obyektləri olub”.
Bununla belə, XİN rəhbərinin sözlərinə görə, bu ərazilərlə bağlı problemin həlli hazırda açıq qalır:
"Anklavlarla bağlı məsələnin həlli məhz delimitasiya prosesində baş verə bilər. Ona görə də Ermənistan-Azərbaycan işçi qrupunun yaradılması vacibdir. Azərbaycan buna hazır olduğunu bildirib".
Eyni zamanda o, xəbərdarlıq edib ki, bu qrupun yaradılması prosesin qısa zamanda həll olunacağı anlamına gəlmir:
"Biz realist olmalıyıq. Bu, qısamüddətli proses olmayacaq. Sistemli işlərin aparılması vacibdir”.
“Bakının yanaşması ondan ibarətdir ki, proses danışıqlar masası arxasında getməlidir ki, hərbçilər arasında gərginlik yaranmasın”, deyə nazir bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:31 / 28.12.2021
Azərbaycan və Ermənistandakı anklavların aqibəti necə olacaq? - İnkar edilməyən REALLIQ...
Hazırda oxunan: Azərbaycan və Ermənistandakı anklavların aqibəti necə olacaq? - İnkar edilməyən REALLIQ...
Hazırda oxunan: Azərbaycan və Ermənistandakı anklavların aqibəti necə olacaq? - İnkar edilməyən REALLIQ...
52797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.