“Araikdi nə zibildi, onun Qarabağda verdiyi bəyanatlar Rusiyanın diktəsi altında verilir” deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu xatırladıb ki, Qarabağın dağlıq hissəsindəki prosesləri yoluna qoymağı Rusiya öz üzərinə götürüb və bu prosesi axıra çatdırmalıdır.
Bizim.Media-ya danışan siyasətçi Kreml rəhbəri Putindən də sitat gətirib ki, sülhməramlıların missiyası xidmət etdikləri əraziləri Azərbaycanın suverenliyinə qaytarmaqdır:
“Amma əgər bu gün Araik orada belə bir bəyanat verirsə, bu, o deməkdir ki, Rusiya həmin ərazidə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir.
Yaxud ən azından bu öhdəliyi yerinə yetirməyin vaxtını uzadır. Təbii ki, orada öz müqəddəratını təyin etməkdən heç bir söhbət gedə bilməz. Öz müqəddəratını təyin etmək beynəlxalq hüquqda yalnız xalqlara və millətlərə verilib. Qarabağın dağlıq hissəsində isə heç bir millət və xalq yaşamır. Orada sadəcə olaraq kiçik bir erməni etnik qrupu yaşayır. Onların isə xalqalara məxsus hüquqları mənimsəmək ixtiyarları yoxdur. Onlar özlərini bu cür iddialı aparsalar, aqibətləri bir neçə günlük müharibə ilə həll olunacaq”, - deyə Sərdar Cəlaloğlu fikrini tamamlayıb.
Qeyd edək ki, separatçı ermənilər iddia etdikləri qanunsuzluğu bir dəfə “1991-ci il referendum”u ilə gerçəkləşdiriblər.
44 günlük savaşdan sonra isə əksər Qarabağ erməniləri ya İrəvan yataqxanalarında yaşayır, ya da xaricə üz tutublar. Hətta sülhməramlı müşayiəti ilə Qarabağ qeydiyyatında olmayan ermənilərin Qarabağa köçürülməsi və açıqladığı 50-60 minlik rəqəmlər də hazırda cılızlaşıb.
Belə ki, Qarabağda 20-25 min erməninin yaşadığı deyilir və həmin sayın yarıya qədəri separatçı (polis, məmur) silahlılardır. Digər yarısında isə Ermənistanda evsiz-eşiksiz qalan kişilər və əxlaqsız qadınlar üstünlük təşkil edir. Bu qadınların “şlaqbaum rəvayətləri” isə hamıya məlumdur.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:45 / 28.12.2021
Sərdar Cəlaloğludan Qarabağ ermənilərinin gələcək aqibəti ilə bağlı PROQNOZ
Hazırda oxunan: Sərdar Cəlaloğludan Qarabağ ermənilərinin gələcək aqibəti ilə bağlı PROQNOZ
Hazırda oxunan: Sərdar Cəlaloğludan Qarabağ ermənilərinin gələcək aqibəti ilə bağlı PROQNOZ
52732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.