Azərbaycan Araiki “İnterpol” xətti ilə axtarışa verib? – TƏFƏRRÜAT

Azərbaycan Araiki “İnterpol” xətti ilə axtarışa verib? – TƏFƏRRÜAT

Hazırda oxunan: Azərbaycan Araiki “İnterpol” xətti ilə axtarışa verib? – TƏFƏRRÜAT

52666

Araik Arutyunyan hərbi cinayətkardır və o, “İnterpol” xətti ilə həbs olunub Azərbaycana təhvil verilməlidir”. 

Politoloq İlqar Vəlizadə Bizim.Media-ya açıqlamasında belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan Qarabağda bütün yollara nəzarət edir” - Araik Arutyunyandan ETİRAF


O, vurğulayıb ki, Araikin dediklərini bəyanat saymağa da lüzum yoxdur:

“Dırnaqarası bəyanatdır. Çünki o kimdir ki, bəyanat versin? Onun çıxışları nəinki beynəlxalq konvensiyalara uyğun deyil, ümumiyyətcə bu, sarsaqlamalar, sayıqlamalardır”.

İlqar Vəlizadə qeyd edib ki, Araikin indiyədək Azərbaycan torpaqlarında belə sərbəst dolaşması da qəbuledilməzdir: 

“Araik həm beynəlxalq, həm Azərbaycan qanunlarına görə çox ciddi cinayətlər törədən bir şəxsdir. Və səhv etmirəmsə, onunla bağlı artıq Azərbaycan “İnterpol”a məlumat verib. Araik axtarışda olan adamdır. Müharibədən bir il keçməsinə baxmayaraq bu insanlar hələ də azadlıqdadır”.

Politoloqun sözünə əlavə olaraq qeyd edək ki, Araik Arutyunyanın hərbi cinayətkar olduğunu müharibə iştirakçısı olmuş erməni hərbçilərindən biri də təsdiqləyib. Dekabrın 26-da yayılan videoda erməni zabit Araikin qəsdən Gəncədə dinc sakinlər yaşayan binaları hədəf aldığını bildirib. Erməni hərbçinin sözlərinə görə, separatçıların “hava limanını vurmaq istəyirdik” bəhanələri də əsassızdır. Çünki Gəncəyə atılan raketlərin maksimum 3-4 kilometr hədəfdən yayınmaq ehtimalları ola bilər. Yəni, separatçılar Gəncənin dinc sakinlərini hədəfə alıb.

Bundan başqa, Arutyunyan kimi cinayətkarların azadlıqda olması azmış kimi, fransalı deputatlar və Makronun yerinə prezident olmaq istəyən Valeri Pekres kimi siyasətçilər separatçı rejimin beynəlxalq quldurları ilə görüşməkdən belə çəkinmirlər.

Elə politoloqun da dediyi kimi, “Artsax” separatçıları ilə bağlı ciddi tədbirlər görmək lazımdır:
 

“Eyni zamanda, bu məsələni Rusiya sülhməramlıları qarşısında qaldırmalıyıq. Onlar (separatçılar) nəinki bəyanatla çıxışlar etməsinlər, ümumiyyətlə orada (Qarabağda) mövcud olmasınlar.


Düşünürəm ki, növbəti illərdə buna nail olmalıyıq. Çünki üçtərəfli bəyanatın 4-cü bəndində yazılıb ki, sənədlə həmin ərazilərdə həm azərbaycanlılar, həm də ermənilərin birgə yaşayışı təmin olunmalıdır. Bu cür anti-Azərbaycan ruhda çıxış edən insanların (hakim postlarda) mövcudluğu üçtərəfli bəyanatın həmin bəndinin yerinə yetirilməsinə maneədir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO