Vahid Ələkbərovdan İlham Əliyevə ad günü TƏBRİKİ: “Sizə tükənməz enerji arzulayıram”

Vahid Ələkbərovdan İlham Əliyevə ad günü TƏBRİKİ: “Sizə tükənməz enerji arzulayıram”

Hazırda oxunan: Vahid Ələkbərovdan İlham Əliyevə ad günü TƏBRİKİ: “Sizə tükənməz enerji arzulayıram”

52334

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu, icazə verin, “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edim.

Siz Azərbaycan Respublikasının rifahı naminə çoxillik fədakar əməyiniz, dərin biliyiniz, gözəl şəxsi keyfiyyətlərinizlə ölkədə və xaricdə həmkarlarınız və tərəfdaşlarınız arasında böyük hörmət və nüfuz qazanmısınız.

Uzun illər ərzində əldə edilmiş zəngin siyasi və iqtisadi iş təcrübəsi Sizə ali dövlət postunda öz vəzifələrinizi uğurla yerinə yetirməyə və qarşıda duran bütün məsələləri səmərəli həll etməyə imkan verir.

Fürsətdən istifadə edərək, şirkətimizə və onun respublika ərazisində həyata keçirdiyi layihələrə daim göstərdiyiniz diqqət və dəstəyə görə dərin minnətdarlığımı bildirmək istərdim.

Biz üzərimizə götürdüyümüz bütün öhdəlikləri bundan sonra da dəqiq yerinə yetirmək və ölkələrimizin xalqlarının mənafeyinə uyğun olaraq qarşılıqlı faydalı əlaqələri fəal şəkildə inkişaf etdirmək üçün bütün səylərimizi göstərəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və nikbinlik, gələcək səmərəli fəaliyyət, bütün işlərinizdə uğurlar arzulayıram!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO