Deputatlar Milli Məclisə təqdimatı göndərilən yeni hakim siyahısına etiraz etdilər

Deputatlar Milli Məclisə təqdimatı göndərilən yeni hakim siyahısına etiraz etdilər

Hazırda oxunan: Deputatlar Milli Məclisə təqdimatı göndərilən yeni hakim siyahısına etiraz etdilər

52269

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Milli Məclisinin qərarının layihəsi müzakirə olunub.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı çıxış edən deputat Qüdrət Həsənquliyev hakim postuna namizədliyə irəli sürülən şəxslərin təcrübəsi olmadığına sərt reaksiya verərək, bunu yolverilməz hal hesab edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis Prezidenti TƏBRİK ETDİ  


"Hakimliyə namizədliyi irəli sürülən 8 nəfərin təcrübəsi yetərincə deyil. Bunların cəmi 3 illik təcrübəsi var. Bu əslində təcrübəli hakimlərə hörmətsizlikdir. Ən azından 5 il stajı olan şəxslər təyin olsaydılar daha yaxşı olardı. Bir məhkəmə 3 illik təcrübə ilə bir məhkəməyə 8 hakimin təyin olunması düzgün yanaşma deyil"- deputat bildirib.

Deputat Siyavuş Novruzov isə bildirib ki, ümumiyyətlə bu sahədə ciddi islahatlat aparılmalıdır.

"Gələcəkdə belə məsələlər nəzərə almalıdır ki, istənilən siyahını müəyyən edib yuxarı instansiyaya göndərmək düz deyil"- o bildirib.

Deputat Tahir Kərimli Qüdrət Həsənquliyevin fikirləri ilə razılaşaraq deyib ki, hakimin təyinatı zamanı təcrübə əsas götürülməlidir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, biz bundan sonra belə praktika ilə üzləşəcəyik. "Bugünki hakim korpusunu tərkibi bunu deməyə əsas verir" - komitə sədri fikrini söyləyib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO