Millət vəkili Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Nobel Sülh mükafatına namizəd olmasını təklif edib.
Bizim.Media xəbər verir ki, deputat bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclis Prezidenti TƏBRİK ETDİ
O, bildirib ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyi üçün Nobel mükafatına layiq görülməlidir.
“Bu prosedur həyata keçirilməlidir. İlham Əliyev Nobel mükafatına ən layiqli namizəddir. Tezliklə, bunun üçün bütün prosedurlar həyata keçirilməlidir”.
Vüsalə Balayeva, Bizim.Media