Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü - FOTO

Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü - FOTO

Hazırda oxunan: Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü - FOTO

52018

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, spiker ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün yaxşı şərait mövcud olduğunu deyib.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində rolundan danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan İranla bir sıra yeni layihələr ətrafında razılıq əldə etdi


Hüseyn Əmir Abdullahian ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə görə Azərbaycan xalqını və Milli Məclisin sədrini təbrik edib.

O, bildirib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO