“İran XİN başçısının səfəri ilə bağlı xüsusi gözləntimiz yoxdur” – FAZİL MUSTAFA

“İran XİN başçısının səfəri ilə bağlı xüsusi gözləntimiz yoxdur” – FAZİL MUSTAFA

Hazırda oxunan: “İran XİN başçısının səfəri ilə bağlı xüsusi gözləntimiz yoxdur” – FAZİL MUSTAFA

51985

“Abdullahianın səfəri ilə bağlı hər hansı xüsusi gözləntimiz yoxdur. Çünki İranla münasibətlər artıq normal məcraya düşüb. Hökumətlərarası danışıqlarda və digər müstəvilərdə olan müzakirələrdə aydın oldu ki, İran tərəfi artıq əvvəlki formada, hər hansı bir şəkildə Azərbaycana qarşı arzuolunmaz münasibət sərgiləmir. Və bu bizim üçün kifayət edir”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində millət vəkili Fazil Mustafa bildirib.

Belə ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana rəsmi səfərini şərh edən millət vəkili rəsmi Bakının Tehranla münasibətlərdə hər zaman “həssas nöqtə”ləri nəzərə aldığını qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

“Dünyada müqəddəs yer universitet sayılır, bizdə pirlər, ocaqlar...” – Fazil Mustafa


“Bizim tərəfimizdən İrana qarşı hər hansı addım atılmamışdı. Azərbaycan Tehranla bağlı “həssas nöqtə”ləri hər zaman gözləməkdə və qonşuluq prinsipini ön planda tutmaqdadır. Lakin İranın bizə qarşı Ermənistanı dəstəkləməsi ilə bağlı müəyyən narahatlıq var idi. Hər halda rəsmi Tehran Azərbaycanın maraqlarını daha dərindən anladığını nümayiş etdirdi və “3+3” formatında iştirak edəcəyini bildirdi. Bu nüanslar bizim üçün indiki mərhələdə kifayət qədər normal münasibətlərin qurulması deməkdir”

Millət vəkili Abduallahianın Bakıya rəsmi səfərini Azərbaycan-İran münasibətlərində müşahidə olunan müsbət tendensiyanın davamı kimi qiymətləndirib:

“İran xarici işlər nazirinin Bakıya gəlişi də əslində müsbət tendensiyanın davamı kimi qiymətləndirilməlidir. Biz də bu addımı normal qəbul edirik. Hesab edirəm ki, İran-Azərbaycan münasibətləri bundan sonra daha ciddi səviyyədə qurulacaq və hər hansı xoşagəlməz hadisələr yaşanmayacaq. Çünki tərəflərin regionda iqtisadi inkişafa nail olmaq üçün səylərini birləşdirməkdən başqa yolu yoxdur. Ümid edirəm ki, İran tərəfi də bunu anlayır və onların son davranışları da bunu sübut edir”. 

Fazil Mustafa Azərbaycan-İran münasibətlərinin müsbət axarının regionda sülhün bərpasında mühüm rol oynayacağını da diqqətə çatdırıb:

“Sadalanan məqamları qeyd edərək onu söyləyə bilərik ki, bu səfər də müsbət nəticələrlə yadda qalacaq. Azərbaycanın mövqeyi bir daha dəqiqliklə rəsmi Tehranın diqqətinə çatdırılacaq.
 

Onların da Azərbaycanla bağlı gələcək inkişaf niyyətləri hansı formada olacaqsa, bu bizim tərəfimizdən də nəzərə alınacaq. Bölgədə kommunikasiyaların açılması və sülhün bərpa olunması istiqamətində səylərimizi həyata keçirəcəyik”.


Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian dekabrın 22-də Azərbaycana rəsmi səfərə gəlib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO