Avrasiya İqtisadi İttifaqı Azərbaycana niyə lazımdır? – Fərhad Məmmədovdan ŞƏRH

Avrasiya İqtisadi İttifaqı Azərbaycana niyə lazımdır? – Fərhad Məmmədovdan ŞƏRH

Hazırda oxunan: Avrasiya İqtisadi İttifaqı Azərbaycana niyə lazımdır? – Fərhad Məmmədovdan ŞƏRH

51906

“Avrasiya İttifaqı Azərbaycana lazımdır, ya yox? Nazarbayevin sözügedən birlikdə Azərbaycanı müşahidəçi statusunda görmək barədə fikirlərindən, Baş nazir müavini Overçukun səfərindən, ekspertlər arasında Azərbaycanla Rusiyanın iqtisadi əlaqələrinin müzakirəsindən sonra sual yaranır: Bu daha çox siyasətdir, yoxsa iqtisadiyyat?”

Bizim.Media-nın məlumatına görə, “Facebook” statusuna belə başlayan politoloq Fərhad Məmmədov davamında qeyd edib ki, 2012-2013-cü illərdə Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqından assosiativ razılaşmalar təklif olunub və Azərbaycanda iki gömrük ittifaqına münasibətdə meyarlar formalaşmağa başlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Fərhad Məmmədov: “Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının formalaşdırılmasına START VERİLİB”


⦁ Suverenliyə təsir, daxili siyasət

⦁ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət

⦁ İqtisadi məqsədəuyğunluq

“Konflikt həll olunandan sonra iki meyar qalır. Avrasiya İqtisadi İttifaqının daxili siyasətə qarışmadığı bəyan olunur. Amma iqtisadi mexanizm daxili siyasətə təsir “rıçaq”ları yaradır. 
İqtisadiyyat meyarı qalır.  

Hazırda Azərbaycanın neft ixracının 40-42 faizi Avrasiya İttifaqı ölkələrinin, əsasən də Rusiyanın payına düşür. Yanvar-oktyabr aylarında əsas eksport ölkələri arasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan, ABŞ var. Bu il neft ixracı 2 milyard dolları keçəcək. Azərbaycanın məqsədi isə yaxın 5-7 ildə ixrac göstəricilərinin 6-8 milyard dollara çatdırılmasıdır. Bunun üçün isə marketinq bazarları gərəkdir. Gömrük ittifaqlarına qoşulmaqla isə buna nail olmaq mümkündür”. 

Fərhad Məmmədov statusunun davamında bildirib ki, ixrac ətalətdə qalsa, gələcək illərdə Avrasiya İttifaqına meyil yaranacaq. Hesablamalar lazımdır:

“İxrac üçün nə istehsal edə bilərik və edəcəyik? Məhsullara harada tələbat var və kimə lazımdır? Kobud desək, daha çox pomidor istehsal etməyi, tərəvəzlə yanaşı texnologiya şirkətlərinə lazım olan çip istehsal etmək olar. Qərbdə yüksək standartlarla yanaşı, ödəmə qabiliyyəti də yaxşıdır.

Şərqdə bazar mövcuddur. Amma ora nə ixrac edəcək? Gürcüstan nümunəsində Azərbaycanın Çinlə azad ticarət müqaviləsi varmı? Cənubda nəhəng bazarlar, zəif kommunikasiyalar var, amma ödəniş sisteminin dəqiqliyi hər yerdə yoxdur.
 

Azərbaycanınikitərəfli razılaşma təcrübəsi ilə (Türkiyə, Böyük Britaniya) gömrük ittifaqlarına qoşulmadan da 6-8 milyard dollar ixrac hədəfinə çatmaq olar. Lakin digər qeyri-neft sektoruna aid ixrac istiqamətlərinin diversifikasiyası ilə:


⦁ Avrasiya İttifaqında müşahidəçi statusu - müəyyən sahələrdə üstünlüklər

⦁ Avropa İttifaqı ilə müəyyən mallara üstünlüklər göstərilən yeni razılaşma

⦁ Çin ilə azad ticarət sazişi, təchizat (çatdırılma) üçün kvotaların alınması

⦁ Cənub, cənub-qərb (Yaxın Şərq) və cənub-şərq istiqamətlərində işlərin intensivləşdirilməsi
Gömrük ittifaqlarına qoşulmadan da hədəfə çatmaq olar, amma onlarla institutsional əməkdaşlıq etmək lazımdır”.

Politoloqun fikrincə, hədəflərə çatmaq üçün ikitərəfli formata cəhd etmək mühümdür.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO