MDB Azərbaycana nə verdi? – 30 ilin PƏRDƏARXASI

MDB Azərbaycana nə verdi? – 30 ilin PƏRDƏARXASI

Hazırda oxunan: MDB Azərbaycana nə verdi? – 30 ilin PƏRDƏARXASI

51734

Bu gün Müstəqil Dövlətlər Birliyinin 30 yaşı tamam olub. Birliyin yaranması üzv ölkələr üçün tarixi əhəmiyyət kəsb edib. 

Bizim.Media xəbər verir ki, dekabrın 8-də Belarus, Rusiya və Ukrayna birliyin yaradılması haqqında sənəd imzalayıb. Amma MDB-nin yaradılması istiqamətində daha mühüm tarix dekabrın 21-dir.
 

MÖVZU İLƏ BAĞLI:

MDB-nin formal TOPLANTILARI – Birliyin sonuna nə qədər qalıb?


30 il əvvəlin bu günündə Qazaxıstanda 11 ölkə (Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna) rəhbərinin iştirakı ilə sammit keçirilib. Sammitdə Almatı deklorasiyası - MDB-nin yaradılmasına razılıq haqqında protokol imzalanıb.

Həmin sənədlərdə birliyin konfiqurasiyası və nizamnaməsi ehtiva olunub:

1. MDB-yə üzv ölkələrin münasibətləri qarşılıqlı ərazi bütövlüyü, suverenliyi tanımaq, öz müqəddəratını həll etmək hüququ, güc və başqa təzyiq üsullarından imtina müstəvisində inkişaf edəcək. Bu yanaşma “Yuqoslaviya variantı”ndan yayınmağa kömək edib.

2. Almatı deklorasiyası MDB-nin dövlət və dövlətlərin üstü bir təsisat olmadığı qeyd olunan ilk sənəddir. Buna rəğmən, üzvlərin qarçılıqlı fəaliyyəti koordinasiya institutları vasitəsilə bərabərhüquq prinsiplərinə əsaslanmalıdır. 

Siyasi sferada əsas nailiyyət MDB-yə üzv dövlətlərin dünya gündəliyinin açar məsələlərinə münasibətdə razılaşdırılmış mövqeyidir.

⦁ Almatı deklorasiyası Avrasiya bazarında ümumi iqtisadi məkanın formalaşmasına səbəb olan ilk sənəddir. 1993-cü ildə İqtisadi İttifaqın yaradılması da bunun isbatıdır. 

⦁ 2022-ci ildə MDB-yə üzv ölkələr arasında azad ticarət zonası haqqında anlaşmanın imzalanması gözlənilir. 1990-larda bəyan edilən ümumi bazar hazırda reallığa çevrilib. 

MDB və COVID-19

Koronavirus pamndemiyası başlayandan bu yana, MDB region ölkələrində böhran təsirlərinin yumşalması üçün bufer rolunu oynayıb. Belə ki, 2020-ci ildə MDB iqtisadiyyatının düşüşü -3% olub, lakin ümumdünya iqtisadi krizis -4.4 faiz təşkil edib. Avropada bu rəqəmlər -6.8 faizə bərabər olub. 2021-ci ilin sentyabrına MDB ölkələri müsbət iqtisadi artımılara keçib. 

Hazırda dünyadakı hər altıncı barrel neft və əldə olunan mavi yanacağın 4-cü kubmetri MDB-nin payına düşür. 2021-də dünyada yığılan taxılın 8 faizi, ətin 6, südün 8 faizi MDB ölkələrinə aiddir.

MDB həm də ümumi təhsil, elm və mədəniyyət məkanıdır. Bu sahədə görülən işlər üzv ölkələrin ruhən yaxınlığını qorumağa hesablanıb. Yeri gəlmişkən, 2023-cü il MDB-də rus dili ili elan olunub və bunu bütün üzv dövlətlər yekdil olaraq qəbul ediblər. Birliyin mədəniyyət paytaxtları da vaxtaşırı dəyişir. Bu missiyanı müxtəlif illərdə Gəncə, Gümrü, Brest, Şımkənd, Oş, Voronej və s. şəhərlər gerçəkləşdirib.
 

2021-də estafet Düşənbədə olub, 2022-də isə qırğız şəhəri Karakola keçəcək. 2023-cü ildə MDB-nin mədəniyyət paytaxtı kimi Moldovanın Komratı nəzərdə tutulub. 


MDB idman sahəsində də uğurlara imza atıb. Humanitar istiqamətdə isə üzv ölkələrin bütün sferaları əhatə olunub.

Bu uğurlar uzunmüddətli əməyin bəhrəsidir. MDB-nin hüquq sisteminə 2650 normativ akt və başqa sənədlər daxildir. Həmin sənədlərin 1755-i indi də qüvvədədir. 

2021-ci ildə birliyə sədrliyin Belarusa keçməsi həm də 30 il əvvəl Belojev (Viskuli rayonu, 8 dekabr) razılaşmalarının imzalanması ilə əlamətdardır. Qeyd edək ki, həmin sənədlə SSRİ beynəlxalq hüquq subyekti kimi və geosiyasi reallıq sarıdan mövcudluğunu dayandırıb. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO