Zərdüşt Əlizadə: “Bakı-Tehran münasibətlərini Elçibəy korlayıb”

Zərdüşt Əlizadə: “Bakı-Tehran münasibətlərini Elçibəy korlayıb”

Hazırda oxunan: Zərdüşt Əlizadə: “Bakı-Tehran münasibətlərini Elçibəy korlayıb”

5169

Siyasət düşmən yox, dost qazanmaqdır. Politoloq Zərdüşt Əlizadə belə düşünür.

Bizim.Media-ya açıqlmasında o, bildirib ki, İranı Azərbaycana dost ölkə sayır, sadəcə:

"30 ildir Qarabağ müharibəsinin içindəyəm, detalı ilə bilirəm. Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan biri İrandır. 1992-ci ilin fevralında İranın o zamankı XİN rəhbəri Bakıya gələrək, Azərbaycan hökumətinə təklif etdi ki, getsin Dağlıq Qarabağ ermənilərilə danışsın və münaqişənin dayandırılmasına nail olsun. Sadəcə o vaxt ruslar İranlı naziri Adamdan geri qaytarmışdılar”. 

Zərdüşt Əlizadənin sözlərinə görə, həmin dövrdə Azərbaycan müstəqil olsa da, tam suverenliyi yox idi:

"O vaxt İranlı fədailər də biz tərəfdən vuruşurdu, öz gözlərimlə görmüşəm. Sadəcə Elçibəy Tehranla münasibətləri korladı. Azərbaycan təzə anadan olan körpə idi. Güc yox, nizami ordu yox, təşkilatlar yox, amma o, 30 milyon cənubluya azadlıq istəyirdi. Xarici siyasət üçün resurlar olmalıdır, Elçibəyin heç nəyi olmaya-olmaya guya Rusiyanı, Çini, İranı dağıdırdı. Ona görə ki, xalqımızın savadı yox idi, hoydu-hoyduya gedirdi".

Zərdüşt Əlizadənin sözlərinə görə, Elçibəy "Turan" arzusunda idi, ətrafındakı "isa"lar, "pənah"lar isə, hakimiyyət dəstəyi istəyirdi. İranın son narahatlığına toxunan Zərdüşt Əlizadə, Tehranın mövqeyini qınamadı:

"İranın sərt reaksiyası belədir də, İran təklənmiş ölkədir. Əsas düşməni ABŞ-dır. Tehranın neft satışına da müəyyən məhdudiyyətlər qoyulur. Belə bir məqamda İran ərazisi ilə bağlı bayatı demək, Ərdoğana nə verdi? İran gözəl anlayır ki, Türkiyə lideri bunu niyə edir, çünki NATO-nun üzvüdür, Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq üçün bunu elədi. İran belə addımları İsraildən, Fransadan adi qəbul etsə də, Azərbaycan və Türkiyədən gözləmirdi".

Politoloq onu da qeyd etdi ki, 90-cı illərdə I Qarabağ Savaşı zamanı İranın Bakıya hərbi dəstəyini və qaçqınlara uzun müddət göstərdiyi müxtəlif yardımları unutmaq olmaz.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO