MİLLƏT VƏKİLİ: \

MİLLƏT VƏKİLİ: \"DTX-nın anti-terror əməliyyatları təkrarlana bilər\"

Hazırda oxunan: MİLLƏT VƏKİLİ: \"DTX-nın anti-terror əməliyyatları təkrarlana bilər\"

5137

DTX-nın Hadrutda həyata keçirdiyi anti-terror əməliyyatı ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu Bizim.Mediya-ya fikirlərini bildirib.

Sayta açıqlamasında millət vəkili bildirdi ki, birgə bəyanata istinad olunmalıdır, çünki sənəddə qeyd olunub ki, erməni silahlıları həmin əraziləri tərk etməlidirlər, Əks halda, DTX-nın anti-terror əməliyyatları təkrarlana bilər. 

"Təəssüflə qeyd etməli oluruq ki, ermənilər yenə də təxribatlar törədirlər, yeni terror aktlarına cəhd göstərirlər və bu istiqamətdə hazırlıqlar həyata keçirirlər. Azərbaycan tərəfi, DTX və digər müvafiq qurumlar bu təxribatların, bu cinayət hallarının qarşısını preventiv olaraq alır, təbii ki, Azərbaycan öz ərazilərində təhlükəsizliyin təmin olunması üçün gərəkən bütün addımları atmaq hüququna və imkanına malikdir"

Elşad Mirbəşiroğlunun sözlərinə görə, Ermənistan tərəfi ilə Rusiya ayrıca işləməlidir:

"Çünki Ermənistan razılaşmanın şərtləri ilə bağlı müxtəlif fikirlər səsləndirirdi, fərqli mövqelər sərgiləməyə cəhd göstərirdi. O vaxt da biz qeyd edirdik ki, əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsi ilə bağlı, İrəvanın təxribatları mümkündür. Və biz bunu müşahidə etməkdəyik. Hesab edirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə bütün addımları uğurla atacaq"

Millət vəkili hazırda bu uğurlu addımların, DTX-nın anti-terror əməliyyatlarının şahidi olduğumuzu əlavə edərək, razılaşmaya əməl olunması üçün Azərbaycan və Rusiyanın birgə səylərinin müşahidə edildiyini də dedi. Bu isə, post münaqişə dövründə təxribatların qarşısının alınması üçün səmərəli nəticələr verəcək. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO