İrəvandan XƏRİTƏ OYUNU – “Zəngəzuru unutdurmaq istəyirlər” – Politoloqun ŞƏRHİ

İrəvandan XƏRİTƏ OYUNU – “Zəngəzuru unutdurmaq istəyirlər” – Politoloqun ŞƏRHİ

Hazırda oxunan: İrəvandan XƏRİTƏ OYUNU – “Zəngəzuru unutdurmaq istəyirlər” – Politoloqun ŞƏRHİ

51306

Ermənistanda hakim partiyanın deputatı Arman Eqoyan rəsmi İrəvanın delimitasiya prosesində istinad etdiyi mənbələrdən birinin Ermənistan SSR-in 1926-cı il xəritəsi olduğunu bildirib.

Araşdırmalarımız nəticəsində isə, həmin xəritədə indki Laçın dəhlizinin keçmiş DQMV-nin, tərkibində göstərildiyi, eyni zamanda, Naxçıvanı Türkiyəyə birləşdirən hissəsinin xəritədə əks olunmadığı məlum olub.

Bəs, Ermənistan tərəfi birdən-birə bu cür absurd xəritəni niyə ortaya atıb? 

Bu sualı Bizim.Media üçün cavablandıran politoloq Yeganə Hacıyeva Eqoyanın açıqlmasının reallığa uyğun olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan-Azərbaycan sərhədləri ilə bağlı 1926-cı il xəritəsi necə hazırlanıb? – DETALLAR 


“İrəvan müxtəlif illərin xəritələrini delimitasiya üçün təklif etmiş ola bilər. Bunlar əksər hallarda Ermənistanın maraqlarına cavab verən xəritələrdir. Lakin reallıq fərqlidir. Belə ki, Ermənistan hakim partiyasının nümayəndələri və Paşinyan 44 günlük savaşdakı məğlubiyyətin ardından reallıqları hissə-hissə xalqa təqdim edir.

Bunun üçün isə manipulyativ yollara əl atılır və ilk öncə “feyk” məlumatlar cəmiyyətə çatdırılır. Ona görə də, Eqoyanın 1926-cı il xəritələrini ortaya atması Ermənistan hakimiyyətinin arzusu ola bilər, lakin əsas məqsəd xalqın Zəngəzur dəhlizinin açılması xəbərindən doğan hiddətini sakitləşdirməkdir”.

Politoloq, xəritədəki keçmiş DQMV nüansı ilə bağlı da fikirlərini bölüşüb:
 

“Bununla bağlı, fərziyyələr çoxdur. Ən çox üzərində durulan isə, ermənilərin Stalindən DQMV-nin Ermənistana verilməsi ilə bağlı söz almasıdır. Lakin bu qərar kimi öz təsdiqini tapmayıb.


SSRİ dönəmində Moskvada güclü təsir imkanları olan erməni başbilənləri şirnikləndirmə metodları ilə zaman-zaman bu cür ideyaları gündəmə gətirməyi bacarıblar. Buna baxmayaraq mövcud reallıq ondan ibarətdir ki, Qarabağ hər zaman Azərbaycanın ərazisi olub, hal-hazırda isə, Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Sözügedən ərazi Qarabağ iqtisadi rayonudur”.

Yeganə Hacıyeva bunun tarixi reallıq olduğunu əks etdirən faktları da ortaya qoyub:

“Hələ qədim dövrdə Böyük İpək Yolu ilə Çindən Avropaya doğru hərəkət edən tacirlərin qeydlərində Qarabağda erməni izləri ilə bağlı hər hansı informasiya öz əksini tapmayıb.
 

Ermənilərin Cənubi Qafqaza necə köçürülməsi haqqında Böyük Britaniyanın kral arxivlərində də çox geniş məlumatlar var.


Bir sözlə, dünya erməni yalanlarını gerçək kimi tirajlamağa çalışan 3-5 məlumatsız, rüşvətxor siyasətçi və hüquqşünasdan ibarət deyil. Ciddi elmi araşdırmalar aparan mütəxəssislər öz ölkələrinin arxivlərinə baş vurmaqla, erməni yalanlarını asanlıqla ifşa edə bilirlər”.

Murad Əhmədov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO