“Moskva Brüssel görüşündən narazı qalsaydı, İrəvan partlayardı” – Zərdüşt Əlizadə 

“Moskva Brüssel görüşündən narazı qalsaydı, İrəvan partlayardı” – Zərdüşt Əlizadə 

Hazırda oxunan: “Moskva Brüssel görüşündən narazı qalsaydı, İrəvan partlayardı” – Zərdüşt Əlizadə 

51115

Brüssel görüşündən sonra Ermənistanda revanşistlər niyə sükutu pozmadılar?

“İrəvandakı radikal müxalifətin canlanması, fəallaşması yalnız bir halda olur-Moskvadan əmr gələndə” sözləri ilə cavabına başlayan Zərdüşt Əlizadə bildirib ki, Brüssellə bağlı Kremldən belə bir əmr gəlməyib.

Bizim.Media-ya özəl açıqlamasında politoloq əlavə edib ki, Moskvadan əmr gəlsəydi, qalxacaqdılar:
 

MÖVZU İLƏ BAĞLI:

Minsk qrupunun vasitəçiliyinə ehtiyac yarana bilər? – Millət vəkili Sahib Alıyevdən TƏKLİF


“Vətən getdi”, “Qarabağı itirdik”, “Həyəcan”, “Xəyanət”, “İstefa” şüarları yalnız Moskvanın əmri ilə olur. Anlayın, həm Robert, həm Serjik özləri heç kəsdilər, heç nədilər. Onlar Moskvanın ssenarisi ilə hərəkət edirlər. 

Rusiya isə təhlil edib gördü ki, Brüsseldə Moskvanın nəticələrindən kənara çıxan heç nə baş verməyib.

Ona görə də soyuqqanlı şəkildə radikal erməni müxalifətinə fəallaşmaq barədə göstəriş vermədilər. Yəni, Moskva Brüssel görüşündən narazı qalsaydı, İrəvan partlayardı. Vəssalam, mən belə anlayıram. Çünki bütün bu həngamənin mexanizmini kökündən tanıyıram, bilirəm”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO