“10 minlərlə ermənini İstanbulda görə bilərik” – Deputatdan Zəngəzur dəhlizi ŞƏRHİ

“10 minlərlə ermənini İstanbulda görə bilərik” – Deputatdan Zəngəzur dəhlizi ŞƏRHİ

Hazırda oxunan: “10 minlərlə ermənini İstanbulda görə bilərik” – Deputatdan Zəngəzur dəhlizi ŞƏRHİ

51017

“Zəngəzur dəhlizinin açılmasından ən çox qazanan tərəf Ermənistan olacaq. Çünki hal-hazırda Ermənistanın heç bir yerə çıxışı yoxdur. Amma bu dəmir yolunun istifadəyə verilməsi ermənilərə həyat verilməsi deməkdir”.

Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində millət vəkili, tarixçi alim Anar İsgəndərov qeyd edib.
 

Şərqi Zəngəzuru Naxçıvanla birləşdirən dəmir yolunun açılması ilə bağlı fikirlərini bölüşən millət vəkili nəqliyyat əlaqələrinin bərpasından ən çox qazanan tərəfin Ermənistan olacağına diqqət çəkib:


“Ermənilərin bir hissəsi revanşizm düşüncəsində olsa da, uzaqgörən ermənilər də var. Paşinyan da xalqına və dövlətinə qarşı məsuliyyət daşıyan şəxs kimi bilir ki, yolların açılması ermənilərin xeyrinədir. Kommunikasiyaların bərpası ilə 10 minlərlərə ermənini Türkiyə və Ermənistanla münasibətlər normallaşandan sonra İstanbulda görə bilərik”.

Anar İsgəndərov gələcəklə bağlı səsləndirdiyi fikirləri ermənilərə xas olan xüsusiyyətlərlə izah edib:

“Çünki erməni heç bir zaman kasıb yaşamaq istəməyib. Dünyanın harasında yaşamasından asılı olmayaraq, orda elə bir vəziyyət yaradırlar ki, əhalinin ən varlı hissəsinə çevrilirlər. Siz şahid olacaqsınız ki, ermənilər Türkiyədə ən varlı icmaya çevriləcəklər. Və çevriləcəklər də. Bu yolların açılmasında ən çox qazanan ümidsiz ermənilər olacaq”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO