“Soçi sammitindən sonra Brüssel görüşü dekorasiyanın dəyişməsindən başqa bir şey deyildi. Çünki Azərbaycan Prezidenti dəfələrlə dəqiq və kəskin şəkildə bildirib ki, Qarabağ münaqişəsi bitib və Qarabağ öz doğma insanlarına qaytarılıb. Bununla status məsələsi tarixin arxivinə göndərilib. Yəni o, dəfələrlə bildirib ki, Qarabağ Azərbaycanın bir hissəsidir”.
Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında israilli siyasi ekspert Mixail Finkel bildirib. O, qeyd edib ki, ermənilər isə öz məğlubiyyətlərinə boyun əymədən, yenə də status məsələsini gündəmə gətirmək istəyirlər.
MÖVZU İLƏ BAĞLI:
“Ermənilərin soyadları da oğurluqdur” – Mixail Finkeldən TARİXİ FAKTLAR - FOTO
“Ermənilər hələ də beynəlxalq hüququ və Qarabağda məğlubiyyətlərini nəzərə almayıb hələ də status məsələsinə böyük ümid bəstəyirlər. Ancaq onlar başa düşmürlər ki, hətta Ermənistanın bir dövlət kimi müstəqilliyi təhlükə altındadır. Bunu onlara ən yüksək səviyyələrdə belə anladıblar”.
Rusiya prezidenti Putin dəfələrlə bunu açıq şəkildə ifadə edib ki, ermənilərin müharibə iddiası onların siyasi intiharıdır. Finkel öz şərhində davam edir ki, amma ermənilərə elə gəlir ki, heç vaxt onlara aid olmayan torpaqları yenidən işğal edə bilərlər:
“İndi elə proseslər gedir ki, hər gün dünya erməniliyi böyük Ermənistan xəyallarının puç olduğunu görür. Ermənilər öz məğlubiyyətlərini çox gözəl başa düşür və status məsələsinin də bitdiyini bilirlər. Lakin onlar öz xislətlərinə xas olan şüvən siyasətini işlədib, hələ də “bəlkə bir şey alınar” prinsipi ilə hərəkət edirlər”.
Sonda yəhudi ekspert bildirb ki, Qarabağ hər zaman Azərbaycan ərazisi sayılıb, bundan sonra da bütün hadisələr tarixi ədalətin bərpa olunması istiqamətində gedir:
“Yəni, status, ikinci erməni dövləti yaratmaq məsələsinə Azərbaycan və onun rəhbərliyi böyük bir nöqtə qoyub. Brüsseldə isə Prezident İlham Əliyev bunu ən yüksək səviyyədə təsdiq etdirdi. Artqı nə status, nə də başqa bunun kimi avantüralar gündəm ola bilməz. Ermənilərin isə bununla barışmaqdan başqa yolları qalmayıb”, - deyə Finkel fikrini tamamlayıb.
Vüsalə Balayeva, Bizim.Media