“Ermənilər bəyan edirdilər ki, o torpaqlarda həmişəlik oturacaqlar” - İlham Əliyev

“Ermənilər bəyan edirdilər ki, o torpaqlarda həmişəlik oturacaqlar” - İlham Əliyev

Hazırda oxunan: “Ermənilər bəyan edirdilər ki, o torpaqlarda həmişəlik oturacaqlar” - İlham Əliyev

50837

“30 il ərzində ermənilərin işğalından, təhqirindən, təkəbbüründən əziyyət çəkirdik. Onlar bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdular, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibə verərkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən Qarabağın statusu məsələsinə SON NÖQTƏ: “Daha müzakirə edilməyəcək”


“BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti - onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi, lakin onlar, sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar. Beləliklə, motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəmizin əsas amili oldu.

Bu, milli ləyaqət və qürur məsələsi idi. Baxmayaraq, bir çoxları bizə bunu necə etdiyimizlə bağlı müraciət etsə də, düşünürəm ki, bunu izah etmək üçün uzun illər lazımdır”, -deyə Azərbaycan lideri qeyd edib. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO