Prezident moldovalı həmkarının təklifini müsbət DƏYƏRLƏNDİRDİ – “Yeni toplantı keçirilməlidir”

Prezident moldovalı həmkarının təklifini müsbət DƏYƏRLƏNDİRDİ – “Yeni toplantı keçirilməlidir”

Hazırda oxunan: Prezident moldovalı həmkarının təklifini müsbət DƏYƏRLƏNDİRDİ – “Yeni toplantı keçirilməlidir”

50817

“Biz hökumətlərarası birgə komissiyanın fəaliyyətini də gücləndirməliyik. Komissiyanın yeni toplantısı keçirilməlidir. Çünki komissiyanın üzvləri demək olar on ildir ki, bir araya gəlmirlər”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə bu gün Brüsseldə baş tutan görüşündə deyib.

İlham Əliyev moldovalı həmkarının ticarət əlaqələrini genişləndirməklə bağlı təklifini müsbət dəyərləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Moldova prezidenti İlham Əliyevə TƏŞƏKKÜR ETDİ – “Böhran vaxtı bizə dəstək oldunuz”


“Bəzi məlumatlara baxdım və gördüm ki, qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir. Hesab edirəm ki, bunun artırılması üçün potensial var. Lakin bunun üçün Sizin dediyiniz kimi biznes dairələri bir araya gəlməlidir.

Komissiyanın toplantısı olsa onlar, həmçinin potensial investisiya imkanları, biznes mühiti haqqında təqdimatlar edə bilərlər ki, biz də qarşılıqlı ticarətin səviyyəsini artıra bilək. Hesab edirəm ki, biz bir-birimizə təklif edə biləcəyimiz çoxlu malları müəyyən edə bilərik.

Enerji əməkdaşlığı məsələsində bilirsiniz ki, biz Avropa təsisatları ilə fəal işləyirik, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq və yeni bazarlara çıxış bizim üçün böyük əhəmiyyət kəsb edir. Buna görə düşünürəm ki, bu məsələ ilə bağlı ümumi zəmini tapacağıq”.

Görüşdə, həmçinin Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyi qeyd olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, yaxın vaxtlarda hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, enerji, investisiya sahələrində, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO