Ermənistanın 2023-cü ilə qədər vaxtı var? – Tofiq Zülfüqarovdan ƏKS ARQUMENTLƏR

Ermənistanın 2023-cü ilə qədər vaxtı var? – Tofiq Zülfüqarovdan ƏKS ARQUMENTLƏR

Hazırda oxunan: Ermənistanın 2023-cü ilə qədər vaxtı var? – Tofiq Zülfüqarovdan ƏKS ARQUMENTLƏR

50788

Brüssel görüşündən sonra da vahid bir həqiqət meydana çıxdı: - Ermənistanın 2020-ci il 10 noyabr razılaşmalarını yerinə yetirməkdən başqa yolu yoxdur. 

Kapitulyasiya aktına imza atan Paşinyan hökuməti 2023-cü ilə qədər üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərini yerinə yetirməsə, Ermənistan dalana dirənəcək. Ölkəni el bir iqtisadi məngənə caynağına ala bilər ki, rəsmi İrəvan bunu təlafe etmək üçün ən ağır şərtləri belə qəbul etməyə məcbur qalar.

Bunun da fonunda 30 illik işğal ərzində vurulan ziyanın təzminatı və gerçək tarix Azərbaycana imkan verəcək ki, Bakı ən azından Qərbi Zəngəzuru öz ərazisi elan etsin. 
 

MÖVZU İLƏ BAĞLI:

“30 ildə yığılan məsələləri 1 ildə həll etmək mümkün deyil” – Tofiq Zülfüqarovdan ÖZƏL ŞƏRH


Sırf buna görə də Rusiya Ermənistanı xilas etməyə çalışır. Yəni, Moskva çalışır ki, erməniləri belə ağır itkidən qorumaqla həm də Cənubi Qafqazda təsir gücünü saxlaya bilsin. Zaman isə sürətlə axmaqda davam edir.

Bəs niyə məhz 2023-cü ilə qədər? 

Br çox mütəxəssislər bu fikirdədirlər ki, 2022-ci il Ermənistanın vəziyyəti həm də öz xeyrinə dəyişə bilməsi üçün son şansıdır. Çünki Ermənistanın beynəlxalq güclərin Cənubi Qafqaz maraqlarına konstruktiv mövqedə dayanmaq bacarığı məhz bu vaxt ərzində üzə çıxacaq. 

Birincisi, heç kimin 30 ilə qədər fəaliyyətsizliyinə təhamül etdiyi vacib bir iqtisadi xabın bundan sonra da səmərəsiz qalmasına səbri qalmayacaq.

İkincisi, 2023-cü ildə Rusiya və Türkiyədə ciddi siyasi proseslər başlayacaq. Hər iki ölkə prezident seçkilərinə fokuslanacaq. Çünki nə Türkiyə, ən əsası isə Rusiya ölkəsindəki siyasi yenilənmədə Ermənistan məsələsinin faktora çevrilməyini istəməyəcək.

Belə olan halda İrəvan Ermənistanın əleyhinə ola biləcək tələm-tələsik qərarların veriləcəyini gözardı edə bilməz.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan eks xarici işlər naziri Tofiq Zülfüqarov sadalanan fikrə qarşı maraqlı əks-arqumentlər gətirdi:
 

“Seçkilərin münaqişəyə mövqelərdə böyük dəyişikliyə səbəb olacağına inanmıram. Ərdoğan olmasın, lap digər bir siyasətçi olsun, Türkiyənin mövqeyi dəyişə bilərmi? Türkiyənin Qarabağ mövzusunda tam formalaşmış bir siyasəti var. Rusiyanı götürsək, mövqeyini tam dəyişə bilərmi? Dəyişəcəyinə inanmıram”.


Tofiq Zülfüqarov onu da qeyd edib ki. Rusiyanın həllini gözlədiyi ən mühüm məsələ hazırda Ukraynadır. Rusiyanın ümumi strategiyası ondan ibarət olacaq ki, Ukrayna mövzusunda mənfi dəyişiklik olmasın. Yəni, bu mövzuda da böyük dəyişikliklərə inamıram:

“O ki qaldı Ermənistana, onların gündəlik problemləri dəyişikliklərə özlərinin gəlməsinə məcbur qoyur. Baxın görün Soçi görüşündən sonra nə baş verdi. Yəni bu məntiqi proseslərdir, hansısa siyasi ideyaların əsasında qurulan süni proseslər deyil. Ona görə də seçkilərin proseslərə böyük təsir göstərəcəyinə inanmıram”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO