Brüsseldə ATƏT-in Minsk Qrupu tarixin arxivinə QOVUŞDU – Azərbaycan bunu Avropa İttifaqında TƏSDİQLƏTDİ 

Brüsseldə ATƏT-in Minsk Qrupu tarixin arxivinə QOVUŞDU – Azərbaycan bunu Avropa İttifaqında TƏSDİQLƏTDİ 

Hazırda oxunan: Brüsseldə ATƏT-in Minsk Qrupu tarixin arxivinə QOVUŞDU – Azərbaycan bunu Avropa İttifaqında TƏSDİQLƏTDİ 

50762

Dekabrın 14-də Brüsseldə Prezident İlham Əliyevin iştirakı ilə baş tutan görüşlərdə maraqlı bəyanatlar səsləndirilib.

Ən əsası isə odur ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çıxışlarında ATƏT-in Minsk Qrupunun problemlərin həllində iştirakı və vasitəçiliyinə toxunmayıb.

Bizim.Media xəbər verir ki, bu isə Prezident İlham Əliyevin siyasi kursuna uyğundur. Çünki Azərbaycanın lideri 1 il ərzindəki çıxışlarında, hətta ATƏT və Minsk Qrupunun nümayəndələri ilə görüşlərdə dəfələrlə vurğulayb ki, həmsədrlərin rolu yalnız humanitar missiya kimi mümkündür. Çünki Minsk Qrupunun istənilən başqa fəaliyyəti Moskvada imzalanan üçtərəfli bəyanata ziddir.
 

MÖVZU İLƏ BAĞLI:

Şarl Mişeldən üçtərəfli görüşlə bağlı BƏYANAT: “İlham Əliyevlə Nikol Paşinyan razılaşdı”


Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyevin mövqeyini öyrəndik. Onun fikrincə, Minsk Qrupu çoxdan istifadədən çıxıb, iflasa uğrayıb:

“Bu müharibə dövründə oldu. Savaşdan sonra Prezident İlham Əliyev dedi ki, “mən sizi dəvət etməmişəm, gəlmisiziniz. Buyurun nə təklifiniz var?” Onlar da bu günə qədər heç bir təkliflə çıxış edə bilmədilər. Söhbət ondan gedir ki, münaqişə başa çatıb. Bəzi məsələlər siyasi, diplomatik müstəvidə işlənir. Tədricən həll olunmaqdadır. Azərbaycan Minsk Qrupu ilə yenə işləməyə hazırdır. Amma nə ilə məşğul olmaq istədiklərini bildirməlidirlər”.

Siyasi elmlər doktorunun fikrincə, ATƏT-in Minsk Qrupu yalnız bu sahələrdə fəaliyyət göstərə bilər:

Minalardan təmizləmə

Məcburi köçkünlərin qayıtması

İşğaldan azad olunan ərazilərin dirçəldilməsi 

“Yəni bununla bağlı təklifləri varsa, Azərbaycan tərəfi dinləməyə və birgə çalışmağa hazırdır”.

- Sizin sözünüzdən belə çıxdı ki, Şarl Mişel də bu reallıqları qəbul etdiyi üçün ATƏT-in Minsk Qrupu barədə danışmayıb?

“Bəli, Avropa İttifaqı Şurasının prezidenti yayda da Azərbaycana səfər edib və çox səmərəli görüş alınıb. Şarl Mişel o vaxt da Azərbaycanın mövqeyini demək olar ki, dəstəklədi. Yəni, Minsk Qrupunun əvvəllər vərdiş etdiyi məşğuliyyət üçün heç bir əsas qalmayıb, yoxdur belə məsələ”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO