Avropa İttifaqı Cənubi Qafqazı yenidən qarışdırmaq istəyir – SƏBƏBİ Tofiq Abbasovun şərhində

Avropa İttifaqı Cənubi Qafqazı yenidən qarışdırmaq istəyir – SƏBƏBİ Tofiq Abbasovun şərhində

Hazırda oxunan: Avropa İttifaqı Cənubi Qafqazı yenidən qarışdırmaq istəyir – SƏBƏBİ Tofiq Abbasovun şərhində

50757

“Biz görürük ki, Aİ rəsmisi Şarl Mişel Qərb sülhməramlılarını bölgəyə yerləşdirməyə çalışır. Bu isə, Ermənistanın çağırışlarına cavab tapıb, bizim üçün problem yaratmaq niyyəti güdür. Bu cür addımlara ehtiyac yoxdur”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində politoloq Tofiq Abbasov qeyd edib.

Belə ki, Avropa İttifaqının Brüssel görüşündə sərgilədiyi mövqeyi şərh edən politoloq ilk öncə Birliyin regional siyasətini Azərbaycanla münasibətləri fonunda analiz edib:
 

MÖVZU İLƏ BAĞLI:

Karapetyanın hədə-qorxusu – Azərbaycan nə etməlidir? - Tofiq Abbasovdan ERMƏNİ RESEPTİ


“İstər Avropa İttifaqı, istərsə də dünyanın güclər sistemini təcəssüm etdirən NATO ilə bağlı əməkdaşlıq proqramlarımız var. Azərbaycan əməkdaşlıq çərçivəsində üzərinə düşən öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Bundan əlavə, qarşı tərəfdən də bizim gözləntilərimiz var və görünən qədərilə onlar öz aktuallığını uzun müddət saxlayacaq. Çünki əməkdaşlıq onu ehtiva edir ki, tərəflər bir-birilərini tamamlasınlar”.

Politoloq Azərbaycandan fərqli olaraq, Qərbin əməkdaşlığa yanaşmasının birmənalı olmadığına da diqqət çəkib: 

“Təəssüf ki, biz Aİ və Qərbin anlaşılmaz yanaşmasının şahidi oluruq. Xüsusilə də, bölgəmizdəki vəziyyətlə bağlı, Aİ-nin mövqeyində ikili standartlar və müsbət tendensiyaların qarşısını almağa yönələn mövqe müşahidə olunur. Yəni yenidən regionda araları qarışdırmaq istəyir. Çox təəssüf ki, biz Avropanı eşidir və anlayırıq, lakin Avropa və arxasında dayanan ABŞ-ın bizə elə mövqe nümayiş etdirir ki, guya bizi eşitmirlər. Buna görə də, biz 2012-14 cü illərdən bəri Qərbin təzyiqlərinə qarşı sərgilədiyimiz mövqeyimizi gərək indi də davam etdirək”.
 

Tofiq Abbasovun fikrincə, regionda proseslər yaxşılığa doğru getdiyi halda, hər hansı əlavələrə ümumiyyətlə lüzum yoxdur. 


- Ermənistan tərəfinin Brüssel görüşündən gözləntiləri böyük idi. Sizcə, görüş rəsmi İrəvanın gözləntilərini qarşıladımı?

“Qeyd olunurdu ki, Brüsseldə heç bir ekstraordinal hadisə baş verməyəcək. Bölgədəki vəziyyət Brüsselin marağında ola bilər, lakin biz Brüsselin müdaxilələrinə gərək göz yummayaq. Çünki biz faktiki olaraq bölgəmizdəki əsas risk mənbəyi olan Ermənistanı tərk-silah etdik, susdurduq və hərbi potensialını darmadağın etdik. Bundan sonra inanmıram ki, Ermənistanda bizim üçün təhdidlər törədən güc, hal qalar”.

Regionda hər hansı əlavə tərəfə ehtiyac qalmayıb

“Ermənistan gözəl anlayır ki, Soçi görüşündən sonra prosseslərdə heç bir ağ ləkə qalmayıb. Regional məsələlərlə bağlı üçtərəfli görüş keçirildi və məsələlər həll olundu. Türkiyə də bu formatın tərəfdarı, eyni zamanda Rusiya ilə əlaqələri günbəgün inkişaf edən ölkə kimi çıxış edir. İndiki halda Azərbaycan, Türkiyə və Rusiya elə bir üçbucaq, alqoritm yaradıblar ki, heç bir əlavəyə ehtiyac yoxdur. Avropa zorla istəyir ki, bölgəyə daxil olsun və proseslərdə iştirak etsin. Lakin bu vəziyyəti yalnız ağırlaşdıra bilər”.

Tofiq Abbasov Ermənistanın normallaşma prosesinə zərbə vuracaq gözlətilərinin reallaşmayacağını da sözlərinə əlavə edib.

“Düşünürəm ki, Ermənistan yenə də xülyalarda ilişib qalıb. Onlar elə düşünür ki, Şarl Mişel, Stoltenberq Ermənistan üçün hansısa əlverişli şərait yaradacaqlar. Lakin bunun baş verməsi mümkün deyil. Gərək Ermənistan Brüssel görüşündən sonra ağlını başına yığsın və razılaşmalara əməl etsin. Əks təqdirdə, Ermənistanın xilas yolunu tapması mümkün olmayacaq”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO