İlham Əliyev: “Azərbaycan qazı Avropa bazarları üçün yenidir”

İlham Əliyev: “Azərbaycan qazı Avropa bazarları üçün yenidir”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan qazı Avropa bazarları üçün yenidir”

50751

“Bizim böyük təbii qaz ehtiyatlarımız, Avropaya ənənəvi təbii qaz tədarükü ilə müqayisədə daha qısa nəql marşrutumuz var. Qazımız Avropa bazarları üçün yenidir, çünki Aİ-də və Avropa İttifaqına daxil olmayan bəzi Avropa ölkələrində hasilat azalır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə İspaniyanın “El Pais” nəşrinə müsahibə verərkən səsləndirib.

“Biz neft-qaz sektoruna çoxmilyonlu investisiyalar cəlb edirik və XXI əsrin ən böyük infrastruktur layihələrindən biri - ötən ilin son günündə başa çatdırılan Cənub Qaz Dəhlizi üzərində işləyirik.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən Qarabağın statusu məsələsinə SON NÖQTƏ: “Daha müzakirə edilməyəcək”


Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyası ilə bağlı qəbul etdikləri qərarlar səbəbindən Avropada təbii qaza tələbat artacaq. Və burada Azərbaycan özünü etibarlı tərəfdaş, Avropanın dostu, bütün infrastruktur işlərini başa vurmuş bir ölkə kimi təqdim edir. 

Bakıdan İtaliyaya 3500 kilometr qaz kəməri çəkilir, onun bir hissəsi dənizin altındadır. Hər şey hazırdır, qaz var.

Bizə ancaq Avropa Komissiyası və üzv dövlətlərlə, bizdən daha çox qaz istəyənlər və ya bizdən yeni qaz istəyənlərlə yaxından işləmək və danışıqlara başlamaq lazımdır”, deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO