“Ermənistan tərəfindən xoş məram olsa, düşmənçiliyə son qoya bilərik” – İLHAM ƏLİYEV

“Ermənistan tərəfindən xoş məram olsa, düşmənçiliyə son qoya bilərik” – İLHAM ƏLİYEV

Hazırda oxunan: “Ermənistan tərəfindən xoş məram olsa, düşmənçiliyə son qoya bilərik” – İLHAM ƏLİYEV

50710

“Biz cənab Baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə etdik. Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə Brüsseldə Alyansın mənzil-qərargahında birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir:

“Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO