İlham Əliyev: “Zəngəzur dəhlizində gömrük olmamalıdır, Ermənistan israr etsə...”

İlham Əliyev: “Zəngəzur dəhlizində gömrük olmamalıdır, Ermənistan israr etsə...”

Hazırda oxunan: İlham Əliyev: “Zəngəzur dəhlizində gömrük olmamalıdır, Ermənistan israr etsə...”

50708

“Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə Brüsseldə Alyansın mənzil-qərargahında birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, bu gün Laçın dəhlizində gömrük yoxdur, ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır:

“Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO