Moskvada ərimiş asfalt təyyarənin uçuşuna mane oldu...

Moskvada ərimiş asfalt təyyarənin uçuşuna mane oldu...

Hazırda oxunan: Moskvada ərimiş asfalt təyyarənin uçuşuna mane oldu...

50708

Moderator.az -ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Rusiya paytaxtında 35-dərəcə isti səbəbindən reyslərdən biri dayanıb. "S7" şirkətinə məxsus "Boinq 737" paytaxtdan Novosibirskə uçmalı idi. Lakin anormal isti nəticəsində "Boinq 737"-nin təkərləri uçuş zolağının ərimiş asfaltında ilişib qalıb.


Şahidlərin bildirdiyinə görə, uçuş vaxtı elan olunduqdan sonra bütün sərnişinlər yerlərində oturub. "Boinq" uçuş-enmə zolağı üzrə getdiyi zaman birdən ilişib. Sərnişinlər istidən ərimiş asfaltda təyyarənin dal şassisi 10-15 santimetr dərinliyə batdığını bildiriblər. 

“Havanın yüksək temperaturu səbəbindən uçuş zolağında lokal problemlər yaranıb. Qısa müddətə məsələ həll olunacaq və iş rejimi bərpa olunacaq”, - deyə "Domodedovo"nun mətbuat katibi Darya Korşunova bildirib.

Olaydan sonra sərnişinlər təyyarədən endirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO