Parlament sədri: “Səfər Mehdiyev mənə zəng vurub…”

Parlament sədri: “Səfər Mehdiyev mənə zəng vurub…”

Hazırda oxunan: Parlament sədri: “Səfər Mehdiyev mənə zəng vurub…”

50575

“Parlamentari kimə nə edib? Bu suallar öz cavabını gözləməkdədir". 

Bizim.Media xəbər verir ki, bunu deputat Elşən Musayev Dövlət Gömrük Komitəsinin deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

MÖVZU İLƏ BAĞLI:

“Elektron ticarəti tam nəzarətə götürə bilmişik” - Səfər Mehdiyev


"Milli Məclis bütün dövlət qurumları ilə qarşılıqlı fəaliyyət göstərib və ehtiramla davranıb. Gömrük Komitəsi də istisna deyil. Mən Gömrük Komitəsilə müsbət əməkdaşlıq barədə çıxışlarında da qeyd etmişəm. Ola bilsin ki, Səfər Mehdiyevin fikirləri konteksdən çıxarılıb. Gömrük Komitəsi buna aydınlıq gətirilməlidir. Deputatlar anlayışı böyük anlayışdır. Bu məsələyə aydınlıq gətirilməlidir". 

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirlərinə cavab olaraq bildirib ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ona zəng edib.

“O, mənə bildirdi ki, müsahibəsi zamanı onun fikirləri yanlış başa düşülüb. “Çünki mən deputatları deyil, bəzi bizneslə məşğul olan bəzi məmurları nəzərdə tutmuşam”. Yəni mən də istədim ki, siz bu barədə biləsiniz”, - deyə xanım Qafarova qeyd edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO