Azərbaycan səfiri pakistanlı komandanla görüşdü - FOTO

Azərbaycan səfiri pakistanlı komandanla görüşdü - FOTO

Hazırda oxunan: Azərbaycan səfiri pakistanlı komandanla görüşdü - FOTO

50495

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Zahir Babar Sidhu ilə görüşüb.

Səfirlikdən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı səfir 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

MÖVZU İLƏ BAĞLI:

Pakistan prezidenti azərbaycanlı səfiri qəbul etdi - FOTO


O, buna görə Pakistana öz təşəkkürünü bildirib.

Zahir Babar Sidhu 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə Azərbaycan dövlətini və ordusunu təbrik edib və Pakistanın HHQ-nin komandanı olaraq Azərbaycan, Pakistan və Türkiyə hərbi əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsi üçün mümkün olan bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil və təlim, hərbi-texniki əməkdaşlıq, təcrübə mübadiləsi və s. sahələr üzrə məsələlər müzakirə olunub.

Bizim.Media
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO