Zərdüşt Əlizadədən son olaya REAKSİYA: “Sizə it hürürsə, siz də ona hürəcəksiniz?

Zərdüşt Əlizadədən son olaya REAKSİYA: “Sizə it hürürsə, siz də ona hürəcəksiniz?

Hazırda oxunan: Zərdüşt Əlizadədən son olaya REAKSİYA: “Sizə it hürürsə, siz də ona hürəcəksiniz?

50478

Qarabağda rus sülhməramlıların məsuliyyət zonasında separatçı rejimə aid olan “Avo” futbol klubunu soyunub-geyinmə otağından Xocavənddəki stadiona daxil olan zaman qapının önündə yerə atılmış Azərbaycan bayrağını təhqir ediblər. Həmin videoya baxan insanlarda müxtəlif suallar yaranır ki, ermənilərin bu cür əxlaqsız, təhrikedici addımlarının izahı nədir və sülhməramlı missiya bu kimi qanunsuzluqlara niyə icazə verir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, “sözün düzü, mən buna fikir verməzdim”.

MÖVZU İLƏ BAĞLI:

Zərdüşt Əlizadədən türkçülüklə bağlı ağır sözlər: “Şovinizmin ən parlaq nümunəsi Elçibəy idi”


O, bu cavabını orduda gedən irimiqyaslı işlərlə bağlayıb:

“Təsəvvür edin ki, ordumuz işğalda olan torpaqlarımızın 75 faizini azad edib. Qalan 25 %-i inşallah tezliklə azad edəcəyik. O qədər şəhidlər vermişik, o qədər yaralımız var. Azad olunan torpaqlarda nəhəng işlər aparılır. Torpaqlar minalardan təmizlənir. Gənclərin hansısa bir dılğır futbol komandası bayrağımızı tapdalayır. Buna biz reaksiya verməliyik? İşimiz-gücümüz qurtarıb? Ciddi işlə məşğul olmaq lazımdır. Nədi ee o? Onlar çarəsizlikdən, gücsüzlükdən bizi cırnatmaq üçün belə hərəkətlər edirlər. Alçaq hərəkətlərə fikir vermək lazım deyil.

Sizə bir nümunə çəkim: Bağın bu yanıyla gedirsiniz, bağın da o tərəfindən it hürür. Siz də itə hürərsiniz? Yox. 

Azərbaycanın vəzifəsi torpaqları minalardan təmizləmək, bərpa işlərini sürətlə reallaşdırmaq, camaatın Qarabağa qayıdışıdır. Yarım milyon adam qayıtsa, oradakı 22-23 min erməni başını götürüb, çıxıb gedəcək. Əsasən bu işlə məşğul olmaq lazımdır. Boş söhbətdir, fikir vermək lazım deyil. Mənim mövqeyim belədir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO