Sabiq dövlət müşaviri Qabil Hüseynli Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun Ermənistan təxribatları ilə bağlı çıxışını şərh edib. Əvvəlcə Ceyhun Bayramovun fikirlərinə nəzər yetirək:
“Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir".
Bəzi siyasi ekspertlər 2020-ci ildə Tovuz hadisələri zamanı da Bakıdan İrəvana oxşar xəbərdarlıqların ünvanlandığını deyərək bundan cəmi 2 ay sonra 44 günlük savaşın başladığını xatırladırlar.
MÖVZU İLƏ BAĞLI:
“3+3” formatında İLK GÖRÜŞ – Moskvada nələr müzakirəyə çıxarılacaq?
Bu xatırlatmada yeni savaşa eyham tapanlar da var. Bəs sərhəddə gərginliyin artması nə dərəcədə realdır?
“Xəbərdarlıqda ciddi notlar var. Amma hələki sülhlə bağlı danışıqlar gündəmi zəbt etməkdədir”.
Bizim.Media ilə eksklüziv dialoq zamanı professor Qabil Hüseynli əlavə edib ki, sərhəd insidentlərində günahkar olan erməni zabitlərinin məsuliyyətə cəlb olunması haqqında Paşinyan göstəriş verib. Hər halda bu tip xəbərlər yayılıb.
Sanki Ermənistan tərəfi özünə müəyyən çəki-düzən verir. İrəvanın ermənilər arasında yaratmağa çalışdığı ictimai rəy isə ondan ibarətdir ki, Ermənistanı sərhəd toqquşmalarından çəkindirməyə çalışacaqlar. Qabil Hüseynli bildirib ki, Paşinyanın bu addımı geniş təbliğ olunmasa da, mətbuata sızdırılıb.
Həm də Ermənistan baş nazirinin fikirləri Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun sözləri ilə eyni vaxta düşdüyündən sərhəd toqquşmaları ilə bağlı məsələyə dəqiq şərh vermək o qədər də asan deyil:
“Çünki qarşıda Brüssel görüşü var. Bu görüşün ardınca ötən ayın 26-da olduğu kimi, Rusiyada üçtərəfli görüşün keçirilməsi gözlənilir. Hər halda Kreml bu fikirdədir. Putin Brüssel görüşünə baxaraq proseslərdə özünün moderatorluğuna xələl gətirə biləcək amilləri aradan qaldırmaq üçün dərhal hərəkətə keçəcək”.
O ki qaldı ermənilərin sərhəd təxribatlarına, Qabil Hüseynlinin fikrincə, bu gərginlikdə əsas günahkar revanşist qüvvələrdir. Rəsmi İrəvan ordunu tam kontrolda saxlamaq iqtidarında deyil.
Amma nəzərə alsaq ki, Rusiya ilə əlaqəli olan “Qarabağ klanı” da hazırda gözləmə mövqeyinə çəkiləcək, onda...
“Ən azından 1 ay müddətinə sərhəddə ciddi toqquşmaların olacağını söyləyə bilmərəm”.
Politoloqun sözlərinə görə, Brüssel görüşündən sonra Putin sərhədlərin müəyyənləşdirilıməsi, kommunikasiyaların açılması ilə bağlı yeni görüş təklif edə, təşəbbüs irəli sürə bilər. Beləliklə də, gündəm bu tip məsələlərlə əhatə olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:45 / 14.12.2021
Brüssel görüşündən DƏRHAL SONRA – Tərəflər yenidən Moskvaya yığışacaq – PLAN NƏDİR?
Hazırda oxunan: Brüssel görüşündən DƏRHAL SONRA – Tərəflər yenidən Moskvaya yığışacaq – PLAN NƏDİR?
Hazırda oxunan: Brüssel görüşündən DƏRHAL SONRA – Tərəflər yenidən Moskvaya yığışacaq – PLAN NƏDİR?
50475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.