Milli Məclisdə boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi bir daha gündəmə gəlib. Belə ki, dekabrın 12-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, "Milli Məslidə boş qalan dairələrə seçkilərin keçirilməsi, yəqin ki, yaxın vaxtlarda olacaq".
Bizim.Media xəbər verir ki, boş qalan yerlərə təkrar seçkilərin də fevralda baş tutacağı ən real proqnozlardandır.
MÖVZU İLƏ BAĞLI:
“Ümid” partiyasında parlamentlə bağlı təcili TOPLANTI – İqbal Ağazadə detalları AÇIQLADI
Belə ki, parlamentə VI çağırış seçkilər də 2020-ci il fevralın 9-da keçirilib.
Qeyd edək ki, hazırda parlamentdə altı deputat yeri boşdur. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
⦁ Həmçinin 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişdiyindən onun da yeri boşdur.
Həmçinin polisə qarşı zor tətbiq edən Eldəniz Səlimovun da mandatının aqibəti deputat olmaq istəyən siyasətçiləri maraqlandırır.
Xatırladaq ki, onun toxunulmazlığına xitam verilib. Barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilən Eldəniz Səlimovun istintaqı davam edir.
Deputat ağır cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda mandatdan məhrum edilir. Yəni, məhkəmənin hökmü imkan verir ki, MSK deputatın səlahiyyətinə xitam versin. Həbs-qətimkan tədbirinin seçilməsi onunla bağlıdır ki, 309-cu maddənin 2-ci hissəsi səlahiyyət həddini aşma ağır cinayətlər kateqoriyasına daxildir. Bu maddənin sanksiyası üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Ekspertlərin fikrincə, boş qalan yerlərə Çingiz Qənizadənin nəticələri ləğv olunan dairədən seçilməsi inandırıcı olsa da, Hadı Rəcəblinin şansları yoxdur. Çünki 2020-ci ilin fevralından bu yana eks deputatın ictimai-siyasi həyatda fəal iştirakı yoxdur.
Rauf Arifoğlu və İqbal Ağazadə rəqabəti isə ən maraqlılardandır.
Hələki bu mübarizə “Youtube” kanalları üzərindən nəzərə çarpır. Belə ki, əvvəllər bu namizədlər bir-biri haqqında açıqlamalar versələr də, son dövrlər sırf ölkədə baş verənlərlə bağlı danışırlar. Maraqlı məqam isə odur ki, Ümid Partiyasının sədri İqbal Ağazadə “müsavat tv”nin proqramlarında yer almır. Amma sözügedən kanalın rəhbəri olan Rauf Arifoğlu özü üçün veriliş də açıb.
Hər iki namizədin gündəmdə qalmaq, aktuallıq qorumaq cəhdləri KİV vasitəsilə reallaşdırılır. Sadəcə nəzərə almaq lazımdır ki, Rauf Arifoğlu həm də media rəhbəridir. İqbal Ağazadə isə əsasən Zaur Qəriboğlu və Kamran Həsənlinin qonağı ola bilir.
Hüseynbala Mirələmovun katibə olayından sonra seçici içinə çıxması da mümkünsüzdür. Digər tərəfdən Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP üzvlüyündən xaric edilib. Yəni, Rauf Arifoğlu, yaxud İqbal Ağazadə Xətaidəki seçki dairələrini dəyişsələr, hər ikisinin deputat olmaq şansı yaranır.
Bundan başqa, insanlar arasında populyar olan və namizədlikləri daha real görünən siyasətçilər də var:
1. Ağ Partiya sədri Tural Abbaslı
2. REAL Partiyasının sədri İlqar Məmmədov
3. Müsavat Partiyasının sədri Arif Hacılı
4. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn
Əlbəttə mandat istəyi hələ də tükənməyənlər arasında Sərdar Cəlaloğlu, Hafiz Hacıyevi də qeyd etmək olar. VİP sədri Əli Əliyev də parlamentdə təmsil olunmağa çalışa bilər. Fərəc Quliyev (MDHP), Anar Əsədli (AYP), Elşad Musayevi (BAP) unutmaq lazım deyil.
Milli Məclisdə boş qalan yerlərə bəzi partiya sədrlərinin müavinlərinin də namizədliyi aktualdır.
Onların arasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı, REAL Partiyasının sədr müavini Natiq Cəfərlidə var.
Deputat ola biləcək politoloqların onluğu:
Tofiq Abbasov, Tofiq Zülfüqarov, Eldar Namazov, Fikrət Sadıxov, Fərhad Məmmədov, Cümşüd Nuriyev, Zərdüşt Əlizadə, Zaur Məmmədov, Yeganə Hacıyeva, Elxan Şahinoğlu.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:12 / 13.12.2021
Parlamentin boş qalmış yerləri uğrunda KİMLƏR mübarizə aparacaq? - ADLAR
Hazırda oxunan: Parlamentin boş qalmış yerləri uğrunda KİMLƏR mübarizə aparacaq? - ADLAR
Hazırda oxunan: Parlamentin boş qalmış yerləri uğrunda KİMLƏR mübarizə aparacaq? - ADLAR
50433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.