Anar Kərimov: “Ermənistanın məsuliyyətə cəlb olunmasını tələb edəcəyik”

Anar Kərimov: “Ermənistanın məsuliyyətə cəlb olunmasını tələb edəcəyik”

Hazırda oxunan: Anar Kərimov: “Ermənistanın məsuliyyətə cəlb olunmasını tələb edəcəyik”

50281

"İşğaldan azad edilmiş ərazilərdə ötən ilin noyabrından sonra 400-dən çox tarixi-mədəniyyət abidəsi aşkar edilib".

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, 140-150-yə yaxın aşkar edilən abidələr var ki, onlar dövlət reyestrində olmayıb:

"Eyni zamanda 800-dən çox mədəniyyət müəssisələri, teatr və kitabxanalar, musiqi məktəbləri və s. var idi. Monitorinqlərimiz onu göstərir ki, 95 %-ə yaxın tarix-mədəniyyət abidələri dağıdılıb. Elə yerlər var ki, ora bizim nümayəndələr gedib çıxa bilməyib. Burda həm mina təhlükəsi var, həm də landşaft çətinliyi var. Amma bu iş davam etdirilir. Monitorinq başa çatandan sonra bununla bağlı siyahı hazırlanaraq beynəlxalq təşkilatlara müraciət olunacaq, Ermənistanın məsuliyyətə cəlb olunmasını tələb edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO