Rüstəm Muradovun İrəvan səfəri, yaxud Basarkeçər-Kəlbəcər atışmalarının GÖRÜNMƏYƏN TƏRƏFİ

Rüstəm Muradovun İrəvan səfəri, yaxud Basarkeçər-Kəlbəcər atışmalarının GÖRÜNMƏYƏN TƏRƏFİ

Hazırda oxunan: Rüstəm Muradovun İrəvan səfəri, yaxud Basarkeçər-Kəlbəcər atışmalarının GÖRÜNMƏYƏN TƏRƏFİ

50157

"Ermənilərin son günlər fəallaşması və sərhəd boyu rayonlarda bir-birinin ardınca lokal toqquşmalar törətməsinin nədən qaynaqlandığı barədə müxtəlif qənaətlər var" deyən sabiq dövlət müşaviri Qabil Hüseynli əvvəlcə bunu Ermənistandakı hakimiyyət boşluğu ilə izah edib.

Bizim.Media-ya özəl açıqlamasında professor bildirib ki, Paşinyanın komandası Ermənistandakı ictimai-siyasi proseslərə tam nəzarət edə bilmir.

MÖVZU İLƏ BAĞLI:

“Ruslar 60 nəfər təxribatçını xahiş-minnətlə bizdən aldılar” – Politoloqdan ÖZƏL 


Burda indiyədək Ermənistan ordusunda qalan S.Sarkisyan və R.Koçaryanın adamlarının da rolu var. Yəni müdafiə nazirliklərində də özbaşınalıqdır.

Qabil Hüseynlinin fikrincə, Basarkeçər ətrafında döyüş texnikası və canlı qüvvənin toplanması yeni erməni təxribatının anonsudur. "Qarabağ klanı"nın Moskva ilə gizli əlaqələrinin olması da heç kimə sirr deyil:

"Xüsusilə Koçaryanın Kremldəki bəzi vəzifəlilərlə yaxın əlaqələri var. Bu səbəbdən də onu "Qazprom"da İdarə Heyətinin üzvü seçiblər. Odur ki, Qarabağ klanının bu pozucu siyasəti Moskvanın müəyyən dairələri tərəfindən gələn tapşırıqlar əsasında həyata keçirməsi istisna deyil. 

Təxminən 3-4 gün bundan əvvəl Rüstəm Muradovun yenidən İrəvanda peyda olması, gəldiyi təyyarədə də guya xeyli topoqrafla sərhədi müəyyənləşdirmək üçün adamların olduğunu deməsi heç də hər şeyin göründüyü kimi olması demək deyil".

Politoloq Muradovun İrəvan səfərinin sərhəd müəyyənləşdirməklə bağlı olmadığını düşünür. Çünki bu barədə Bakının məlumatı yoxdur. Qabil Hüseynlinin fikrincə, bölgədəki gərginlik proseslərin Soçi müstəvisindən çıxmaması üçündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO