Hulusi Kılıç 44 günlük müharibədən kitab yazdı - Ankarada TƏQDİMAT – FOTO

Hulusi Kılıç 44 günlük müharibədən kitab yazdı - Ankarada TƏQDİMAT – FOTO

Hazırda oxunan: Hulusi Kılıç 44 günlük müharibədən kitab yazdı - Ankarada TƏQDİMAT – FOTO

0:00
0:00
50123

Ankarada Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının üçüncü nəşrinin təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) tərəfindən təşkil olunan təqdimetmə Ankarada fəaliyyət göstərən Şuşa Konfrans Mərkəzində gerçəkləşib.

Təqdimat mərasimi bir dəqiqəlik sükut, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Təqdimat mərasimi çərçivəsində ötən il dekabrın 10-da Bakıda keçirilən Hərbi Zəfər Paradı, Prezident İlham Əliyevin səfir Hulusi Kılıça Azərbaycanın “Dostluq” Ordenini təqdim etməsi, “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabının Bakı təqdimatı barədə videomateriallar nümayiş etdirilib.

Qeyd edək ki, bundan əvvəl “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabın təqdimatı Bakı və İstanbul şəhərlərində keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO