“Qafqaz platforması mövzusunu bir neçə il öncə Türkiyə təklif etmişdi. Düşünürəm ki, “3+3” Qafqaz platformasının başqa adda təzahürüdür. Bu Türkiyə və Azərbaycanın təşəbbüsüdür ki, görüş Moskvada keçirilir. Mən ilk görüşdən hər hansı nəticələri gözləmirəm. Əslində görüşün baş tutması, Dəmir Yumruq əməliyyatının ayartdığı geosiyasi reallığın, iqtisadi əməkdaşlıq formasına çevrilməsi nöqteyi-nəzərindən böyük bir nəticədir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında, jurnalist, politoloq Anar Həsənov qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
İran və Gürcüstan “3+3” platformasına gəlmir? – PLAN dəyişir - ÖZƏL
Belə ki, dekabrın 10-da Moskvada keçiriləcək “3+3” formatındakı görüşü şərh edən politoloq platformanı Qərbin iştirakçı ölkələrə münasibəti fonunda təhlil edib:
“Bu platforma Qərb üçün dost olmayan və ya neytral münasibət saxlanıldığı ölkələrin bir araya gəldiyi mexanizmdir. “3+3” blokunda, Ermənistandan başqa, bütün tərəflər Qərbin dost olmadığı və ya neytrallığını qoruduğu dövlətlərdir. Bu platforma regiondakı bütün ölkələrin marağındadır və sevindirici haldır ki, təşəbbüskar tərəflər Azərbaycan və Türkiyədir. Bu gün Azərbaycanın təşəbbüsünə 3 regional güc “hə” deyib”.
Politoloq Qərbin iqtisadi sanksiyalar silahı qarşısında region ölkələrinin iqtisadi əməkdaşlığa önəm verməsinin vacibliyi məsələsinə də diqqət çəkib:
“Bu gün Qərb Rusiya ilə üz-üzə gəlmir və Moskvanı iqtisadi yolla çökdüməyə çalışır. İranla da eyni varianta əl atılıb. Qərbin iqtisadi sanksiya “rıçak”ına tab gətirmək üçün isə region ölkələrinin birgə əməkdaşlığı şərtdir. Proseslər onu göstərir ki, region ölkələri bu reallığı dərk edərək, iqtisadi inkişafa diqqət yetirirlər”.
Anar Həsənov sözügedən platformayla bağlı emosiyalara qapılaraq, yeni bir ittifaqın yarandığını elan etməyin doğru olmadığını da qeyd edib. Buna səbəb kimi isə, Azərbaycan-İran və Rusiya-Türkiyə arasında həllinə ehtiyac duyulan bir sıra məsələlərin mövcudluğunu göstərib.
Politoloq, Gürcüstanın “altılıq” platformasında iştirak etməməsi haqda da fikirlərini bölüşüb:
“Gürcüstanın bu platformadan kənarda qalması yaxşı hal deyil. Tiflisin iştirakdan imtina etməsinin səbəbi isə, Rusiyanı revizionist dövlət olaraq qəbul edərək, onunla hər hansı platformada birgə yer almamasıdır. Gürcüstanın bu platformaya qoşulması hələlik mümkün deyil. Çünki Gürcüstan siyasi intirqa və münaqişələrin olduğu dövlətdir. Lakin bu platformada Gürcüstanın iştirak etməməsi yalnız onun özünə ziyandır. Buna baxmayaraq, Azərbaycan, Türkiyə və İranın platforma xaricində Gürcüstanla əlaqələri yüksək səviyyədədir”.
Gürcüstan-Rusiya münasibətlərindən yola çıxan politoloq, platformanı Azərbaycan-Ermənistan əlaqələri fonunda da təhlil edib:
“Bu platforma özü bir presidentdir ki, bu günə qədər Ermənistanla eyni platformada yer almayan Azərbaycan və Türkiyənin İrəvanla normallaşma üçün şərait yaradır. Eyni zamanda İran və Rusiya da Ermənistana normallaşma prosesinin vacibliyini diqtə edir”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:50 / 10.12.2021
“Gürcüstanın “3+3” formatından imtinası yalnız özünə ziyandır” - Politoloqdan ŞƏRH
Hazırda oxunan: “Gürcüstanın “3+3” formatından imtinası yalnız özünə ziyandır” - Politoloqdan ŞƏRH
Hazırda oxunan: “Gürcüstanın “3+3” formatından imtinası yalnız özünə ziyandır” - Politoloqdan ŞƏRH
50048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.