Gürcüstanda ermənilər yenidən aktivləşir – Fransa səfiri Cavaxetiya erməniləri ilə nə müzakirə edib?

Gürcüstanda ermənilər yenidən aktivləşir – Fransa səfiri Cavaxetiya erməniləri ilə nə müzakirə edib?

Hazırda oxunan: Gürcüstanda ermənilər yenidən aktivləşir – Fransa səfiri Cavaxetiya erməniləri ilə nə müzakirə edib?

50027

Fransanın Gürcüstandakı səfiri etnik ermənilər yaşayan bölgəyə niyə səfər edib? Gürcüstanda erməni iddiaları yenidən gündəmə gəlir?

Politoloq Tofiq Abbasov əvvəlcə Qarabağ nümunəsi gətirib və sonra qeyd edib ki, Gürcüstanın da Cavaxetiya (Samtsxe-Cavaxeti diyarı) bölgəsində problemli vəziyyətdir:

“Ora qaçaqmal, qadağan olunmuş ədəbiyyat göndərilir. Orada ermənilərin saxta tarixini erməni uşaqlarına öyrədirlər. Bütün bu vasitələrlə bərabər o regiona dağıdıcı bir kontent çatdırılır”.


MÖVZU İLƏ BAĞLI:

İran və Gürcüstan “3+3” platformasına gəlmir? – PLAN dəyişir - ÖZƏL


Bizim.Media
-ya özəl açıqlamasında Tofiq Abbasov bildirib ki, bu tip saxta informasiya resurslarının vasitəsilə Gürcüstandakı erməniləri də Qarabağdakı kimi meydana salmaq istəyən qüvvələr var. 

Məqsəd isə müxtəli problemlər yaradaraq ölkələrin parçalanmasına yol açmaqdır:

“Gürcüstan kimi Rusiyanın özü üçün ermənilər belə təhdiddir. Rusiyanın cənub bölgələrində, Stavropol diyarıdır, Krasnodardır, elə Soçinin özündə ermənilər baş qaldırırlar ki, burada muxtariyyətimiz olmalıdır. Əgər muxtariyyət yaranırsa, qanuni status verilirsə, sonradan bu, həmin dövlətin başına oyun açır. Biz bunun şahidi olmuşuq”. 

Politoloqun fikrincə, hər kəs anlamalıdır ki, erməni məfkurəsi danışıq və kompromislərə meyilli deyil:

“Abxaziyanın özündə də hazırda ermənilər qaynar vəziyyət yaradırlar. Qayığı yellədirlər ki, çönsün. Ona görə də onları həmişə əsarət altında saxlamaq lazımdır. Qəti fikrimdir. Onlara üstün vəziyyət imkanı vermək olmaz. Nəhayət, hədlərini aşırlarsa, başa düşdükləri dil ancaq güc və tənbehedici vasitələrdir”. 

Bəs Paris bu işdə - Gürcüstanda muxtariyyət yaratmaq mövzusunda ermənilərə kömək edə bilərmi?

“Yox, bilirsiniz, mən sizə bir şey deyim. Erməni kilsəsi bir növ Vatikanın kölgəsindədir. Ona görə də Vatikan ermənilərə humanitar yardımlar edir, onları dəstəkləyir. Siz dediniz Rusiyanın xeyirinədir. Xeyr, Rusiyanın xeyirinə deyil. Bundan qazanc götürən bəzi Rusiya dairələri ola bilər. Məsələn, Zatulinlər, Jirinovskilər, Milonovlar”.

Tofiq Abbasov Vatikanın digər fəaliyyətlərindən bəhs edərkən Serj Sarkisyanın kürəkəni Mikael Minasyanı (Ermənistanın Vatikandakı keçmiş səfiri) misal gətirib. Onun orada oturma səbəbi bəlli idi:

“Mən deyərdim ki, Vatikan özü kriminalın bir platformasıdır. Orada da çirkli pullar yuyulur. Orada külli miqdarda saxtakarlıq və cinayətkarlıq var. Dini paltar geyinməklə deyil ki, gərək insanların qəlbi təmiz, beyinlərdə aydın yanaşma olsun. Ermənistanın da oradakı nümayəndəsi ancaq ideoloji işlərlə məşğul deyildi. Vatikandakı kriminal ünsürlərlə cütləşmişdilər. Vatikan da tək Papadan ibarət deyil. Onun ətrafındakı kardinalların da qruplaşmaları var. Hətta bəzi qrupları müsəlman ölkələri ilə işləyirlər. Rusiyanın daxilində isə Gürcüstanla kompromis axtaran qüvvələr var. Səbəb isə odur ki, ölkələr bu vəziyyətdən qazanc əldə etmirlər.

Əksinə itkilərə məruz qalırlar. Hətta Türkiyə prezidenti Ərdoğan da bəyan edib ki, Rusiya ilə Gürcüstan arasında vasitəçilik edə bilər. Rusiya görür ki, bütün bu münaqişəli vəziyyətlərdən daha çox qazanc əldə edən Qərbdir. Kreml bunu indi-indi anlayır”. 

Müsahibin sözlərinə görə, Qərbin əvvəlki məqsədi SSRİ-ni dağıtmaq idisə, indi Rusiyanı parçalamaq istəyirlər. Bunun üçün əvvəlcə regionda möhkəmlənmək fikrindədir. 

Politoloq sonda vurğulayıb ki, bu problemdə Azərbaycanın tapdığı model, həll yolu ətraf dövlətlərin hamısı üçün bir örnəkdir. Çünki Azərbaycan erməni havadarlarına da göstərib ki, insanların taleyi olan mövzularda oyun oynamaq olmaz. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO