“Hazırda regiondakı bütün proseslər Azərbaycanla razılaşdırılır” – Millət vəkili 

“Hazırda regiondakı bütün proseslər Azərbaycanla razılaşdırılır” – Millət vəkili 

Hazırda oxunan: “Hazırda regiondakı bütün proseslər Azərbaycanla razılaşdırılır” – Millət vəkili 

50004

“Ötən ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan öz tarixinin ən parlaq qələbəsini qazandı” deyən millət vəkili Cavid Osmanov 9 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan da söz açıb. Belə ki, Ağdam, Laçın və Kəlbəcərin bir güllə də atmadan azad olunmasını xatırlatmaq yerinə düşər.

Bəyanatda Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasının qeyd olunması isə həm də coğrafi baxımdan türk dünyasının birləşdirilməsidir. 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Zəfər paradından bir il ötür - FOTO


Azərbaycan və Türkiyə liderlərinin iştirak etdiyi Zəfər Paradından keçən bir il ərzində hansı işlərin görüldüyü barədə Bizim.Media sualına cavab verən YAP İdarə Heyətinin üzvü bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 1 il ərzində çox böyük və uğurlu yol keçib.

Birincisi, Azərbaycan bölgədə yeni reallıqlar yaradıb:

“Əlbəttə ki, bu reallıqları və Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr var idi. Azərbaycana təzyiq edirdilər. Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, qurduğu düzgün strategiya, müstəqil siyasət yürütməsinin nəticəsidir ki, Azərbaycan bütün təzyiqlərə sinə gərdi. Nəticədə bütün beynəlxalq ictimaiyyət Azərbaycanın bu tarixi qələbəsini qəbul etdi. Eyni zamanda, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu bir il ərzində işğaldan azad olunan ərazilərdə misli görünməmiş yenidənqurma və bərpa işləri aparılır. Halbuki erməni terrorçuları 30 il ərzində Qarabağı müxtəlif vandalizm aktları və vəhşiliklərə məruz qoyublar”. 

Deputat ermənilərin tarix, mədəniyyət və ekologiyaya vurduğu ziyanı, törətdikləri cinayətləri bir-bir sadaladıqdan sonra hazırda Azərbaycanın apardığı quruculuq işlərinə də toxunub.

Bununla yanaşı əlavə edib ki, Azərbaycanın beynəlxalq nüfuzu da artmaqdadır:

“Prezident cənab İlham Əliyev vaxtı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olan və artıq Türk Dövlətləri Təşkilatı kimi fəaliyyət göstərən təşkilatın nüfuzlu bir təsisata çevrilməsi istiqamətində mühüm addımlar atdı. Bir il ərzində Azərbaycan diplomatik, hüquqi müstəvilərdə böyük nailiyyətlər əldə etdi. Hazırda regionda heç bir proses Azərbaycanın razılığı olmadan baş vermir. Bir sözlə, Azərbaycan Vətən Müharibəsindən sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə onun simasında dünyanın ən nüfuzlu, ən hörmətli ölkəsinə çevrildi”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO