"Ermənistana dəstək verməməyimiz səhv idi. Bu səhvin nəticəsi hərbi paradda İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın İranın ərazi bütövlüyünə qarşı meydan oxumağı oldu"
Bizim.Media İran mətbuatına istinadən bildirir ki, bunu İranın Prezident Aparatının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Diako Hüseyni özünün ''twitter'' hesabında bildirib. D.Hüseyni ikinci Qarabağ müharibəsində İranın tərəfsiz mövqeyini strateji səhv adlandırıb.
H.Ruhaninin baş strateq və təhlilçisi bildirib ki, "artıq qatarı relsə qaytarmağın vaxtı çatıbdır".
Qeyd edək ki, İranın Məhəmməd Cavad Zərif, Məhəmməd Cavad Azəri Cəhromi kimi rəsmiləri də Ərdoğanın Azərbaycanın Zəfər paradında səsləndirdiyi Araz çayı ilə bağlı bayatıya öz mövqelərinə uyğun münasibət bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:25 / 11.12.2020
İrandan Azərbaycana qarşı ciddi təxribat
Hazırda oxunan: İrandan Azərbaycana qarşı ciddi təxribat
Hazırda oxunan: İrandan Azərbaycana qarşı ciddi təxribat
4998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.