Prezidentdən gömrük orqanları ilə bağlı fərman

Prezidentdən gömrük orqanları ilə bağlı fərman

Hazırda oxunan: Prezidentdən gömrük orqanları ilə bağlı fərman

4993

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 415) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

- 1.3-cü bəndə “qol və yaxa nişanları,” sözlərindən sonra “döş nişanı,” sözləri əlavə edilir.

- Aşağıdakı məzmunda 6.8-1-ci bənd əlavə edilir:

“6.8-1. Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin xidmət etdiyi gömrük orqanını (qurumunu) müəyyənləşdirməyə imkan verən fərqlənmə döş nişanı bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş qaydalara uyğun olaraq daşınır. Döş nişanı metal lövhədən hazırlanır. Uzunluğu 6 santimetr, eni 5 santimetr olmaqla, aşağı hissəsi ovalşəkillidir. Kənarları qızılı rəngli xətlə haşiyələnmişdir. Yuxarı hissə tünd göy rəngdədir və həmin hissədə qızılı rəngli fon üzərində ağ rənglə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin şəxsi qeydiyyat nömrəsi, sağ və sol kənarlarında isə qızılı rəngli sünbül təsviri həkk olunmuşdur. Döş nişanının orta sağ və sol kənarları tünd qırmızı rəngdədir, hər iki kənarda qızılı rəngli səkkizguşəli ulduz təsviri həkk olunmuşdur. Döş nişanının ovalşəkilli aşağı hissəsi tünd yaşıl rəngdədir və üzərində qızılı rəngli hərflərlə “Dövlət Gömrük Komitəsi” sözləri yazılmışdır. Orta (mərkəzi) hissədə Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının və Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri həkk olunmuşdur. Nişanın yuxarı, orta və aşağı hissələrini bir-birindən qızılı rəngli haşiyələr ayırır. Metal lövhə qara rəngli süni dəridən hazırlanmış altlığa bərkidilmişdir. Nişanın bərkidildiyi qara rəngli süni dəri altlığın yuxarı hissəsinin ortasında geyim formasına bərkidilmək üçün nəzərdə tutulan düymə dəliyi vardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO