Haaqa məhkəməsinin erməni iddiasını rədd etməsi və İrəvan üzərinə bəzi öhdəliklər qoyması Azərbaycanın beynəxalq arenada digər məsələləri də qaldırmasını aktuallaşdırır. Əəlbəttə ki, Bakının tələb edəcəyi əsas məsələlərdən biri də təzminatdır.
“Təzminat məsələsinə hələ çox var” deyən eks xarici işlər naziri Tofiq Zülfüqarov Haaqa prosesi ilə bağlı maraqlı fakta diqqət çəkib ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın təşəbbüsü ilə çağırılıb. Halbuki ilk biz müraciət etməliyik:
“Çünki bizim mövqeyimiz daha güclüdür. Bizə qarşı hərbi təcavüz olub. Etnik təmizləmələrə məruz qalmışıq və s.”
MÖVZU İLƏ BAĞLI:
“Dünyanın yarısı İrana qarşı Azərbaycanın yanında olacaq, əgər...” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ
Bizim.Media-ya özəl açıqlamasında Tofiq Zülfüqarov bir daha təkrarlayıb ki, bu mövzularda təşəbbüskar Bakı olmalıdır.
Yəni, 1 həftə öncə Ermənistan yox, Azərbaycan iddia qaldırmalıydı?
“Bəli”.
Dediyiniz fəallıq təzminat məsələsində də olmalı deyilmi?
“Mən hesab edirəm ki, beynəlxalq təcrübəni örnək götürsək, burada məsələlər əsasən iki istiqamətdə ola bilər. Didərgin olmuş insanların Ermənistana aid şəxsi iddiaları və Azərbaycan dövlətinin iddiaları. Hər iki istiqamətdə fəal olmalıyıq. Gərək bununla müvafiq qurumlar ciddi məşğul olsunlar. Çünki bu cür məhkəmələr heç də ucuz məsələ deyil. Ora cəlb olunan beynəlxalq təcrübəli hüquqşünaslar da olmalıdır. Prosesi başlamalıyıq”.
Təzminat məsələsini qabarda bilsək, necə?
“Artıq müxtəlif beynəlxalq qurumlar cəlb olunub və əvvəlcə təzminatın sübut bazası toplanmalıdır. Hesablamalar gedir. Bununla əlaqədar olaraq beynəlxalq məhkəmələrə də onlar müraciət etməlidirlər.
Qeyd edim ki, elə Haaqanın özündə 2 belə məhkəmə var. Biri BMT-nin, digəri bu mövzularla məşğul olan ayrı məhkəmədir:
1. İş peşəkarlar tərəfindən aparılmalıdır
2. Vətəndaşlarımıza hüquqi yardım olmalıdır
Baxın görün, didərgin düşmüş insanlar bu məsələləri özləri həll edə bilərlərmi? Yox. Həm dövlət, həm də cəmiyyət tərəfindən ciddi işlər görülməlidir:
⦁ Təşkialti işlər və hüquqşünasların cəlb olunması
Buna isə xeyli maliyyə resursları lazımdır. Amma beynəlxalq təcrübədə belə bir nümunə var ki, hər hansısa şirkət bu işi öz üzərinə götürürsə, ödənəcək təzminat məbləğindən müəyyən faiz onlara məxsus olur”.
Tofiq Zülfüqarov müsahibəsində dövlətin mülkiyyət məsələlərinə toxunsa da, əsasən torpaqlarından qaçqın və məcburi köçkün düşən insanların probleminə nəzər yetirib:
“Didərgin olmuş insan ev-eşiyini itiribsə, təbii ki, təzminat tələb etməlidir. Bu, Ermənistanın törətdiyi hərbi cinayətdir. İrəvan məsuliyyət daşımalıdır. Bundan başqa, biz başa düşməliyik ki, bu məsələdə nə qədər fəal olsaq, ermənilərin yalan təbliğatının qarşısını bir o qədər alacağıq. Bu aktivlik onları həmişə təzyiq altında saxlamaq üçün vasitə olacaq”.
Sabiq xarici işlər nazirinin fikrincə, tələb edən əslində biz olmalıyıq ki, ermənilərin nəsə tələb etməyə vaxtı olmasın. Çünki Azərbaycanın tələbləri fakta əsaslanıb. O ki qaldı Bakıya təzminat ödəyə bilməyəcəyi təqdirdə İrəvanın hazırkı Ermənistana aid torpaqlardan hansınısa Azərbaycana verməsinə, “gəlin bu mövzunu sonraya saxlayaq”, - deyə Tofiq Zülfüqarov cavabını tamamlayıb.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:55 / 09.12.2021
Tofiq Zülfüqarovdan vətəndaşlara ÇAĞIRIŞ: “Təzminat məsələsini ilk olaraq fərdlər tələb etməlidir”
Hazırda oxunan: Tofiq Zülfüqarovdan vətəndaşlara ÇAĞIRIŞ: “Təzminat məsələsini ilk olaraq fərdlər tələb etməlidir”
Hazırda oxunan: Tofiq Zülfüqarovdan vətəndaşlara ÇAĞIRIŞ: “Təzminat məsələsini ilk olaraq fərdlər tələb etməlidir”
49833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.