Ermənistanın Haaqa məhkəməsində Azərbaycana qarşı bu iddiaları təmin olunmadı - VİDEO

Ermənistanın Haaqa məhkəməsində Azərbaycana qarşı bu iddiaları təmin olunmadı - VİDEO

Hazırda oxunan: Ermənistanın Haaqa məhkəməsində Azərbaycana qarşı bu iddiaları təmin olunmadı - VİDEO

49631

“Bu Ermənistanın məsələlərin təhrif olunması ilə bağlı ilk addımı deyil. Vətən müharibəsi zamanı ermənilərin öz xalqına dəfələlə yanlış məlumat verildiyini xatırladırıq. Üçtərəfli bəyanat imzalandıqdan sonra ermənilər hakimiyyət tərəfindən onlara yanlış məlumatlar verildiyinin şahidi oldular”.

Bizim.Media xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı mətbuat konfransında Ermənistanın öz ictimaiyyətinə Azərbaycanın iddialarının təmin edilmədiyini açıqlaması ilə bağlı sualı cavablandırarkən bildirib.

Nazir müavini əlavə edib ki, qarşı tərəfin əsas iki tələbi olub: Hərbi Qənimətlər Parkı və Azərbaycanda saxlanılan erməni əsilli vətəndaşlarla bağlı.
 

“Oktyabrda keçirilən dinləmə zamanı Ermənistanın qaldırdığı məsələlər Azərbaycanda saxlanılan erməni əsilli şəxslər və Hərbi Qənimətlər Parkı ilə bağlı olub. Haaqa məhkəməsinin bu barədə qərarları birmənalı oldu və iddialar təmin olunmadı.


Azərbaycandan cinayət törətmiş ermənilərlə bağlı Beynəlxalq Humanitar Konvensiyaya uyğun olaraq humanitar rəftarın və qanun qarşısında bərabərliyin təmin olunması istənilir. Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının qeyri-şərtsiz azadlığa buraxılması və Ermənistana qaytarılması tələbi ilə çıxış etmişdi.

Ermənistanın qaldırdığı bir neçə vəsatəti var idisə, ən əsası da bu idi. Oktyabr ayında keçirilən dinləmələr zamanı Ermənistanın nümayəndəsi və vəkilləri onlara ayrılmış vaxtın demək olar ki, mütləq əksəriyyətini bu mözuya həsr etmişdi. Bu da təsadüfü deyil. Bilirsiz ki, Ermənistanın siyasi gündəliyində uzun müddətdir ki, bu şəxslərin Ermənistana qaytarılması bir nömrəli məsələdir”, - deyə Elnur Məmmədov qeyd edib.


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO