Bu dəfəki müsahibimiz gürcü diplomat və siyasətçidir. Belə ki, Valeri Çeçelaşvili Gürcüstanın Ukrayna, Moldova, Rusiya və İsveçrə kimi dövlətlərdə səfiri olmaqla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, ardınca GUAM-ın baş katibi vəzifələrində çalışıb.
Bizim.Media-nın Valeri Çeçelaşvilidən cavabını soruşduğu suallar isə dünyanı əhatə etməklə yanaşı, regionumuza da aiddir.
Özəl müsahibəni təqdim edirik:
- Dünyada son baş verənləri necə adlandırmaq olar? Hegemon dövlətlər öz aralarında dünya bölgüsünə hazırlaşırlar? Yoxsa hələ kimin hansı cəbhədə olması müəyyənləşdirilir?
MÖVZU İLƏ BAĞLI:
Valeri Çeçelaşvili: “Dəhlizə qarşı dəhliz, əsas məsələ budur” - VİDEO
“Son hadisələri dünya düzəninin saxlanılması uğrunda mübarizə adlandırmaq olar. Bu mübarizə ümumi qəbul olunmuş prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanıb. Beynəlxalq arenada özünün aqressiv gündəliyi ilə dünya düzənini dağıtmaq istəyənlərə qarşı mübarizə aparılır. Supergüclərin rəqabətinə bu kontekstdə baxmaq lazımdır”.
- Bəzi ekspertlərin fikrincə, hərbi ritorika soyuq müharibənin əsas silahıdır. Siczə, dünya III Dünya Müharibəsinə nə dərəcədə yaxınlaşıb?
“III Dünya Savaşının perspektiv olmasına inanmıram. Nüvə silahının taktiki istifadəsinə də həmçinin. Siyasi olimpdə intihar cəhdləri deyə bir şey (kamikadze) görmürəm. Kinli və avantürüstlər çoxdur, amma özünə qəsd edənlər yox”.
- Belə başa düşdüm ki, sizin fikrinizcə III Dünya Savaşını başlada biləcək qaynar nöqtələr, müharibənin episentri ola biləcək regionlar da yoxdur?
“Üçüncü dünya savaşını başlatmaq üçün heç bir episentr mövcud deyil. Ümumiyyətlə, bu sözləri leksikondan çıxartmaq lazımdır”.
- Amerika prezidenti Bayden Rusiya lideri Putinlə iki saat davam edən onlayn görüş keçirib. Onların üzbəüz, göz-gözə görüşü də planlaşdırılır. Gələcək görüşdə hansı addımlar müəyyənləşdirilə bilər?
“Hər iki lider komporomisə gedəcək. Lakin manevr üçün Baydenin meydanı daha genişdir”.
- Uzun fasilədən sonra Vladimir Putinin Hindistan səfəri nədən xəbər verir?
“Böhran və sanksiyalar şəraitində Putin alternativlər axtarır. Onun vəziyyətində bu məntiqlidir”.
- Belə bir deyim var: “Pentaqonun yeni xəritəsi”. Deyilənə görə, bu xəritəyə yeni dövlətlər daxil edilməlidir. Məgər bu, BMT-nin sərhədlərin toxunuılmazlığı müddəalarının pozulması deyil?
“Hələki yeni dövlətləri Rusiya yaradır. XXI əsrdə ilhaqın yeganə nümunəsi Krımdır ki, bu da Rusiyanın “aktivində”dir”.
- Amma deyilənə görə, Pentaqonun planlarında yaradılacaq yeni dövlətlərin bəziləri Rusiya Federasiyasına aiddir. Əlbəttə ki, Ağ Evin siyahısında Çin də var (3-4 dövlətə parçalanmaq).
ABŞ nə üçün bu iki dövlətlə mübarizə yolunu seçib? Bəlkə Moskva və Pekindən ehtiyatlanmasına səbəb var?
“Düzü, Pentaqonun nə düşündüyünü bilmirəm. Bilsəydim, ekspert kimi qiymətsiz (çox dəyərli) olardım”.
- Dünyada gedən proseslər Cənubi Qafqaza necə təsir edə bilər?
“Əgər biz – Azərbaycan, Ermənistan və Gürcüstan öz regionumuzun qayğısına qalmağı öyrənsək, xarici qüvvələr bizə mane ola bilməz. Bölgədə stabillik məkanının, inteqrasiyanın, yaxud konflikt və qarşıdurmaların olub-olmaması məhz bizdən asılıdır. Cənubi Qafqazda həmişə bu 3 dövlət olacaq. Başqa 4-5 və ya 6 respublika yox”.
- Azərbaycan Prezidenti İlham Əliyev açıq bəyan edir ki, artıq Qarabağ münaqişəsi yoxdur və tarixin arxivinə gömülüb. Necə düşünürsünüz, Qarabağ digər oxşar problemlərə presedent ola bilərmi?
“Bəlkə də oldu. Nəzərə almaq lazımdır ki, bu konfkliktlərin oxşar cizgilərinə rəğmən, hərəsinin öz tarixi, səbəbləri və özünəməxsusluğu mövcuddur”.
- Sonda 2022-ci ildə dünya siyasətinə ilə bağlı proqnozunuzu bilmək istərdik.
“2022-ci il 2021-dən daha yaxşı, 2023-cü ildən isə daha pis olacaq”.
Bizim.Media