103 il əvvəl Azərbaycan Parlamentinin ilk iclası açılır

103 il əvvəl Azərbaycan Parlamentinin ilk iclası açılır

Hazırda oxunan: 103 il əvvəl Azərbaycan Parlamentinin ilk iclası açılır

49582

Azərbaycanın parlamentarizm tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin öz yeri vardır. 1918-ci il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başlamış Azərbaycan Milli Şurası həmin il noyabrın 19-da respublikada ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında qanun qəbul edir.

Bizim.Media xatırladır ki, 103 il bundan əvvəl, 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qızlar məktəbinin binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclası təntənəli şəkildə açılır.

Lakin Azərbaycanda parlamentarizm ənənələri daha əvvəlki dövrə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq 1905-ci ildə Azərbaycan çar Rusiyasının ilk parlament seçkilərində iştirak etməklə bu ənənənin əsasını qoymuşdu. Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində deputat seçilən Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov ilk parlamentin işində fəal iştirak edərək, çar Rusiyasının xalqımıza qarşı yeritdiyi ayrı-seçkilik siyasətini, bütöv bir xalqın hüquqsuzluğunu kəskin tənqid edirdilər.

Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı parlamentin varisidir. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhrələnən Azərbaycan bu gün öz uğurları ilə dünyanı heyrətləndirir. 

Pandemiya, Vətən müharibəsi və postmüharibə şəraitində Milli Məclisin fəaliyyəti daha da aktivləşdi. Həmçinin Ermənistanın ötən il sentyabrın 27-dən başlayaraq törətdiyi hərbi təxribatlar, müharibə zonasından kənarda yerləşən şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması, dinc əhalinin həlak olması ilə bağlı milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlandı. Eyni zamanda, bu müddətdə siyasi mənsubiyyətindən asılı olmayaraq Milli Məclisin əksər deputatları müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar etdi, sosial şəbəkələrdə xüsusi fəallıq göstərdilər. İstər pandemiya, istər müharibə zamanı, istərsə də müharibədən sonra şəhid ailələri, qazilər və onların tibbi, sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması biz deputatlar üçün prioritet məsələdir. Bununla bağlı, həmçinin qanunvericilikdə çevik reaksiyalar verildi, bir sıra əlavə və dəyişikliklər edildi. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO