Tural Abbaslı: “Bu məsələdə biz müxalifət olaraq, dövlətin, iqtidarın yanındayıq” – ƏTRAFLI

Tural Abbaslı: “Bu məsələdə biz müxalifət olaraq, dövlətin, iqtidarın yanındayıq” – ƏTRAFLI

Hazırda oxunan: Tural Abbaslı: “Bu məsələdə biz müxalifət olaraq, dövlətin, iqtidarın yanındayıq” – ƏTRAFLI

49461

“Dünənki çıxışda açıq aydın mesaj var və bu mesaj həm Ermənistana, həm də Ermənistan cəmiyyətinədir” deyən Ağ Partiyanın lideri Tural Abbaslı Prezident İlham Əliyevin dekabrın 6-da Quba səfəri çərçivəsində səsləndirdiyi bu fikirlərə münasibət bildirib:

“Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir".

Bizim.Media-ya özəl açıqlamasında Tural Abbaslı bu mesajın eyni zamanda Ermənistana himayədarlıq edən dairələr və dövlətlərə ünvanlandığını bildirib.

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslının nişanlısı ilə görüntüsü MÜZAKİRƏ YARATDI – Özündən AÇIQLAMA - VİDEO


Yəni, Azərbaycan öz maraqlarını təmin etmək naminə hər cür riskə gedəcək:

“Necə ki bundan öncə hər bir riski gözə aldı, indi də alar və nəticə əldə edə bilər. Əslində bu, “Gəlin siz bu məsələni qansız-qadasız həll eləyin” mesajıdır. Qalib Azərbaycanın Prezidentinə belə mesaj vermək yaraşar. Çünki biz artıq məğlub bir ölkə deyilik və İlham Əliyev də məğlub ölkənin Prezidenti deyil. O baxımdan, burada mesaj açıq kontekstdədir. Zəngəzur dəhlizi - bax burada dəhliz sözü çox önəmlidir. Burada söhbət Naxçıvan və Azərbaycanı birləşdirəcək hansısa kommunikasiya yolundan, dəmir yolundan getmir. Burada söhbət, məhz dəhlizdən gedir. 

Dəhlizin siyasi statusu tam fərqlidir.

Yəni dəhliz üzərində Ermənistanın heç bir suveren hüququ olmamalıdır. Bu mənim subyektiv fikrimdir və məncə, danışıqlar da bu istiqamətdə gedir. Bu dəhliz üzərindən biz heç bir maneəsiz Naxçıvana gedib-gəlməliyik. Bu məsələni də tezliklə həll etməliyik”.

Tural Abbaslının fikrincə, Ermənistan da yaxşı anlayır ki, Azərbaycanla qarşı-qarşıya gələcəkləri təqdirdə İrəvanın heç bir (siyasi, iqtisadi, hərbi) marağını qoruya bilməyəcəklər. Sadəcə II Qarabağ savaşında onları yalançı vədlərlə “qaza gətirən”lər var idi. Nəticədə isə erməni ordusu dağıldı, iqtisadiyyatları daha da çökdü.

Məğlub olan Ermənistan oldu. Həmin qüvvələr bu dəfə isə Ermənistanın Zəngəzur koridoruna isti yanaşmasına imkan vermir:

“Yenə də İrəvanı arxayınlaşdırırlar ki, “qorxmayın, yanınızdayıq”. Lakin sonda yenə qaçacaqlar. Əslində Ermənistana ünvanlanan bu mesaj o idi ki, “onlara çox inanmayın. II Qarabağ savaşında biz sizi məğlub etdik və istədiyimizi əldə etdik. Bu dəfə də elə olacaq”.

Tural Abbaslının yekun fikirləri:

“Bu məsələdə biz müxalifət olaraq, təbii ki, dövlətin  yanındayıq. İqtidarın yanındayıq. Azərbaycan özünün hüquqlarını bərpa etməlidir. Nəinki Zəngəzur dəhlizini əldə etməlidir, hətta dədə-baba yurdumuz olan Zəngəzurun özünün də siyasi taleyi həll olunmalıdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO