Sahibə Qafarova:

Sahibə Qafarova: "Xalqımız regionun gələcəyinə böyük ümidlərlə baxır" - FOTO

Hazırda oxunan: Sahibə Qafarova: "Xalqımız regionun gələcəyinə böyük ümidlərlə baxır" - FOTO

49371

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Şurası Katibliyinin rəhbəri Dmitriy Kobitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Parlamentin sədri qonaqları salamlayaraq, Azərbaycanın beynəlxalq qurumlarla, o cümlədən MDB PA ilə əməkdaşlıq etdiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Spiker: “Helikopterin qəza xəbəri hər birimizi sarsıtdı”


Milli Məclisin sədri görüşdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından, burada törədilmiş dağıntılardan söz açıb.

Sahibə Qafarova xalqımızın regionun gələcəyinə böyük ümidlərlə baxdığını söyləyib.

MDB PA Şurası Katibliyinin rəhbəri Dmitriy Kobitski başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldıqlarını deyib.
 

Dmitriy Kobitski ölkəmizə səfər çərçivəsində onların MDB PA-nın DİMBİ-nin Bakı filialının yeni ofisində yaradılmış şəraitlə yaxından tanış olduqlarını, filialın əməkdaşları ilə söhbətlər apardıqlarını, görülən işlərlə maraqlandıqlarını diqqətə çatdırıb.


Görüşdə MDB PA-nın DİMBİ-nin direktoru İvan Muşket çıxış edərək başçılıq etdiyi institutun Bakı filialı ilə birlikdə gələcəkdə görüləcək işlər barədə fikirlərini bölüşüb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO