Brüssel görüşü öncəsi təxribat təhlükəsi – Paşinyan Kremlə hansı sürprizi hazırlayıb?

Brüssel görüşü öncəsi təxribat təhlükəsi – Paşinyan Kremlə hansı sürprizi hazırlayıb?

Hazırda oxunan: Brüssel görüşü öncəsi təxribat təhlükəsi – Paşinyan Kremlə hansı sürprizi hazırlayıb?

49360

Post-konflikt dönəmində Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması prosesində son dönəmlər aktivlik müşahidə olunmaqdadır. Xüsusilə də, hər iki ölkənin dövlət rəsmiləri arasında diplomatiya trafikinin sıxlığı, eyni zamanda böyük aktorların və beynəlxalq təşkilatların sözügedən fəallıqda yer tutmağa çalışması diqqətdən yayınmır.

Son günlərdə isə, Cənubi Qafqaz regionunda gedən proseslərdə maraqların ciddi şəkildə toqquşduğunu söyləyə bilərik. Bunu baş verən siyasi və diplomatik gedişlərdə də görmək mümkündür.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Brüssel görüşündən imtina edə bilər? - ÖZƏL


Belə ki, ilk olaraq, oktyabrın sonlarından etibarən, noyabrın 9-da, Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında görüşün keçiriləcəyi planlaşdırılsa da, İrəvan masadan qaçmaq üçün əlindən gələni etdi. Hətta təxribatlara belə əl atmaqdan çəkinməyən Ermənistan layiqli cavabı aldıqdan sonra, qaçıdığı masaya təkrar oturmağa məcbur edildi.

Noyabrın 26-da təşkil olunan Soçi görüşü də, mühüm bəyanatla yadda qaldı. Belə ki, tərəflər arasında həllini gözləyən iki önəmli nüansdan biri olan, Zəngəzur dəhlizi ilə bağlı müddəalar bəyanatda öz yerini tapsa da, Moskvada üçtərəfli işçi qrupun görüşündə rəsmi İrəvan mövcud stastu-kvonu qorumaq yolunu seçdi.

Dekabrın 4-də Stokholmda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə təşkil olunması planlaşdırılan görüşündən isə, rəsmi Bakı İrəvanın təxribatçı hərəkətlərinə cavab olaraq imtina etdi.

Son günlərdə baş verən digər önəmli nüans Rusiyanın vasitəçiliyi ilə növbəti əsir-xəritə mübadiləsinin gerçəkləşməsi oldu.

Söhbət açdığımız zaman kəsiyində, Ermənistanda isə, Qərbi münaqişəyə daxil etməklə, üçtərəfli danışıqlar formatını pozmaq niyyətləri aydın şəkildə nəzərə çarpmağa başladı. Belə ki, erməni mətbuatının yazdığına görə, Nikol Paşinyan qapalı toplantıda “Qarabağ klanı”na üzv olmayan siyasi fiqurlardan Rusiyadan uzaqlaşmaq prosesində yardım istəyib.

Eyni zamanda Nikolun Ermənistanı KTMT və Aİİ-dən çıxarmaq niyyətləri də vaxtaşırı qabardılır. 

Qeyd olunan faktlara nəzər saldıqda, Ermənistan uğrunda Rusiya-Qərb rəqabətinin getdiyini bildirsək, yəqin ki, yanılmarıq. Belə ki, münaqişənin başa çatmasından sonra, Rusiyanın vasitəçiliyi ilə, bölgədə sabitliyin bərpa olunmasına istiqamətlənən bir sıra razılaşmalar əldə olunsa da, Paşinyan iqtidarı Ermənistanın da lehinə olan, bu cür tədbirləri reallığa dönüşdürməkdən boyun qaçırır. 

Paşinyanın Brüssel görüşü öncəsi planları

Əksər ekspertlər tərəfindən isə, Paşinyanın bu çırpınışları Rusiya for-postundan çıxmaq xəyalları kimi qiymətləndirilir. Maraqlıdır ki, bu istiqamətdə Nikol Türkiyə ilə normallaşmaya da isti yanaşır. Görünən qədərilə, erməni baş nazir NATO-nun bölgədəki əsas gücünü Qərbə inteqrasiyada kilid oyunçu hesab edir.  Bundan əlavə, Nikolun “Artsax” xülyalarını dəfn etdiyi də diqqətdən yayınmır.

Sadalanan nüanslar isə, Paşinyanın revanşist erməni mövqeyindən yox, Moskvanın radarından çıxmaq siyasəti yürütməsini əsaslı dəlillərlə sübuta yetirir.

Baş verən proseslər fonunda dekabrın 15-də Azərbaycan-Ermənistan liderlərinin Brüsseldə görüşü gözlənilir. Paşinyanın seçdiyi siyasi kursa istinadla onu deyə bilərik ki, Ermənistan tərəfi bu görüşdə Kreml qarşısında səsləndirməkdən çəkindiyi bir sıra niyyətlərini açıq şəkildə nümayiş etdirəcək.

Eyni zamanda Ermənistanın önümüzdəki günlərdə müxtəlif provokativ addımlar atması da mümkündür. Ələxsus da, sülhməramlıların nəzarət zonasında (təxibatçı çoban kimi).

Lakin xatırlatmaq yerinə düşər ki, Paşinyanın üzünü Qərbə çevirməsi sonuncu dəfə 44 günlük savaşda Ermənistanın faciəsi ilə nəticələndi. Nikolun bu dəfəki yalnışlarının isə Ermənistan üçün daha böyük itkilərə səbəb olacağı şübhəsizdir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO