Azərbaycan XİN-in Stokholm görüşündən imtina etməsinə partiya sədrlərindən MÜNASİBƏT

Azərbaycan XİN-in Stokholm görüşündən imtina etməsinə partiya sədrlərindən MÜNASİBƏT

Hazırda oxunan: Azərbaycan XİN-in Stokholm görüşündən imtina etməsinə partiya sədrlərindən MÜNASİBƏT

49297

Dekabrın 3-də İsveçin paytaxtı Stokholm şəhərində, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulurdu.

Lakin Azərbaycan tərəfi bu müzakirələrə qaıtlmaqdan imtina etdi. Buna səbəb kimi isə, görüşdən cəmi bir neçə saat öncə Ermənistan parlamentarilərinin, Qarabağa qanunsuz səfər etməsi əsas göstərildi.

Azərbaycanın Ermənistan və rəsmi İrəvanın böyük ümidlər bəslədiyi ATƏT qarşısında sözügedən addımı atmasına bir sıra partiya rəhbərlərinin münasibətini öyrəndik.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Brüssel görüşündən imtina edə bilər? - ÖZƏL


Böyük Quruluş Pariyasının sədri Fazil Mustafa Bizim.Media-ya verdiyi açıqlamasında Azərbaycanın bu addımını müsbət qiymətləndirib:

“Əgər Azərbaycan ərazisinə qanunsuz səfər təşkil olunursa, buna sərt reaksiya verilməlidir. Beynəlxalq arenada bilməlidirlər ki, Azərbaycan qarşı qanunsuz atılan hər hansı addım çox ciddi nəticələrlə yadda qalacaq. Ona görə də, bu kimi məsələlərdə, hər hansı formada güzəştə yol vermək olmaz. Düşünürəm ki, bu düzgün addımdır”. 

Fazil Mustafa Azərbaycan tərəfinin qanunsuz səfər edənlərə qarşı daha radikal cavab verməsinin vacibliyini də qeyd edib:

“Bundan əlavə qanunsuz səfər edənlərə qarşı da sərt addımlar atılmalıdır. Onlara terrorçu kimi münasibət göstərilməlidir. Çünki əgər bir ölkənin ərazisinə qanunsuz səfər edilibsə, bunu edən şəxslər, ya terrorçu, ya da qanun pozucusudur. Ona görə də, beynəlxalq arenada göstərməliyik ki, ərazi bütövlüyümüz  toxunulmazdır və bizim razılığımız olmadan ərazilərimizə daxil olmaq suveren hüquqlarımıza qarşı qəsddir”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə, Azərbaycanın mövqeyinin sülhə yönəldiyini və rəsmi İrəvanın prosesə zidd addımlar atmasının Ermənistanı böyük təhlükələrlə üz-üzə qoyacağını qeyd edib.

Asim Mollazadənin fikrincə, Azərbaycan tərəfi görüşdən imtina etməklə ATƏT-ə də önəmli mesajlar verib:

“Azərbaycan öz hərəkəti ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə də sübuta yetirdi ki, biz Ermənistanın təxribatçı davranışlarını qəbul etmirik. Sırf söhbətlər naminə, hər hansı görüşün təşkil olunması yerinə, Azərbaycan tərəfi rəsmi İrəvandan əməli addımlar gözləyir. Sülhün təmin olunmasını istəyən hər bir ölkə isə, Ermənistanı bu istqamətdə addımlar atmağa vadar etməlidir”. 

Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev də Azərbaycan XİN-in bu addımını doğru qərar kimi şərh edib:

“Həm Ermənistan, həm də dəstəkçiləri görməlidirlər ki, Azərbaycanın haqlı və dəmir iradəsi var. Biz soyuqqanlı şəkildə beynəlxalq qanunlara əsaslanan və noyabr bəyanatından irəli gələn müddəaların həyata keçirilməsini istəyirik. Əgər rəsmi İrəvan bunu istəməyəcəksə, rəsmi Bakı onların bu ərköyünlüklərinə dözməyəcək və boş danışıqlara da getməyəcək. Azərbaycan növbəti mərhələdə, sülhə məcburetmə əməliyyatlarını belə reallaşdıra bilər. Biz artıq bunu nümayiş etdirməliyik. Mən hesab edirəm ki, Azərbaycan XİN-in bu addımı tam yerində olan bir addımdır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO