Laçın dəhlizi Azərbaycanın nəzarəti altına verilə bilər – SON SÖZ bu tarixdə deyiləcək

Laçın dəhlizi Azərbaycanın nəzarəti altına verilə bilər – SON SÖZ bu tarixdə deyiləcək

Hazırda oxunan: Laçın dəhlizi Azərbaycanın nəzarəti altına verilə bilər – SON SÖZ bu tarixdə deyiləcək

49035

“Laçın dəhlizi müvəqqəti Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olsa da, bu bölgə Azərbaycan ərazisidir. Bu ərazilər Beynəlxalq qurumlar tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Azərbaycan bu ərazilərdə gedən prosesləri izləmək üçün müəyyən bir tədbirlər görməlidir və görür də”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert, ordumuzun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib. O, söhbət əsnasında Laçın dəhlizinin strateji əhəmiyyətindən də söz açıb.

Bəzi ekspertlərin fikrincə isə hazırda Ermənistan tərəfinin 15 dekabr Brüssel görüşü ilə bağlı öz gözləntiləri var.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın dəhlizdən dəhlizə qaçmaq CƏHDİ – Ermənistan artıq DALANA dirənib


Onlar Soçi prosesini pozaraq mövcud problemi Qərb ölkələri səviyyəsinə qaytarmağı və bununla da əlavə güzəştlər əldə etməyə çalışırlar.

Bu isə Rusiyanın prosesdə tutduğu mövqeyə və Cənubi Qafqazdakı strategiyasına ziddir. Əgər Ermənistan bu istiqamətdə ciddi nəzərə çarpacaq addımlar atarsa, Rusiya Laçın dəhlizi üzərində nəzarəti Azərbaycana ötürməklə erməniləri fakt qarşısında qoya bilər. Buna bütün qanunlar da imkan verir, beynəlxalq hüquq normaları da Azərbaycandan yanadır.

Şair Ramaldanovun fikirncə isə bu məsələ ətrafındakı vəziyyət dekabrın 15-dən sonra bəlli olacaq və son söz də elə o zaman deyiləcək. Hazırda isə de-fakto mənzərə belədir:

“Hazırda müvəqqəti olaraq, orada Azərbaycan qanunları işləmir və dövlət orqanları orada fəaliyyət göstərmir. Bu müvəqqəti bir haldır. Düşünürəm ki, tezliklə bu bərqərar olacaq və Azərbaycan Laçın dəhlizini öz nəzarəti altına alacaq. Bu 10 noyabr üçtərəfli bəyanatın şərtlərindən biridir və bu qəbul edilməlidir. Bundan başqa Laçın dəhlizinin vacibliyi və strateji əhəmiyyəti var. Zəngəzur dəhlizinin və komunikasiya xətlərinin açılması və Azərbaycanı Naxçıvanla müəyyən bir şəkildə birləşdirəcək əsas amildir. Laçın dəhlizi olmasa idi, bu gün biz Zəngəzur dəhlizindən də danışa bilməzdik. Həm də bu gələcəkdə Ermənilərin Zəngəzur dəhlizində hər hansı bir məhdudiyyətlər qoyacaqları təqdirdə Azərbaycanın da Laçın dəhlzində bunu etmək imkanı yaradır”.

Ekspert artıq Ermənistanda Azərbaycanın haqlı savaşının bəzi qüvvələr tərəfindən qəbul edildiyini də qeyd edib. Çünki onlar son dəfə Kəlbəcər sərhədində törətdikləri təxribatda layiqincə cavablarını alıblar. 

“Buna görə erməni revanşist qüvvələri öz cəmiyyətlərində yavaş-yavaş nüfuzunu itirəcək və onların çərçivələri daralacaq.

Ermənistanın ilk prezidentinin də bu barədə media da çıxışı belə düşünməyə əsas verir. Böyük ehtimalla Soçi sammiti və bundan sonra baş tutacaq digər görüşlərdə də iki dövlət arasında müəyyən yumuşalmalar müşahidə olunacaq.
 

Bu sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması və bölgədə sabitliyin bərqərar olmasına gətirib çıxaracaq. Çünki artıq Ermənistan daxilində bəzi insanlar 30 illik Azərbaycan ərazilərini işğal etmələri barədə o zamanki hakimiyyəti qınamağa başlayıb.


Ona görə sülh və sülhü qoruyan Azərbaycanın “dəmir yumruğu” gələcəkdə təxribatların qarşısını almasının əsas faktoruna çevriləcəkdir”.

Brüssel görüşünə ümid edən Ermənistanın bugünə qədər əldə olunana nəaliyyətlərdən imtina etməsi isə Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, “siyasi intihardır”. Bu xəbərdarlıq isə təkcə Azərbaycan adından deyil, həm də Rusiyanın necə cavab verə biləcəyinə konkret işarədir.

Vüsalə Balayeva, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO