Azərbaycan-Türkiyə sənədləri imzalandı - Yenilənib

Azərbaycan-Türkiyə sənədləri imzalandı - Yenilənib

Hazırda oxunan: Azərbaycan-Türkiyə sənədləri imzalandı - Yenilənib

4899

Dekabrın 10-da təkbətək görüş başa çatandan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Bizim.Media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında Anlaşma Protokolunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və “BMC Otomativ Sənaye və Ticarət” şirkətinin İdarə Heyətinin üzvü Taha Öztürk imzaladılar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC.AZ” şirkəti arasında Anlaşma Protokolunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və “BMC Otomativ Sənaye və Ticarət” şirkətinin İdarə Heyətinin üzvü Taha Öztürk imzaladılar.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisinin sədri Burak Dağlıoğlu imzaladılar.




Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun imzaladılar.

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokolu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO