“Dekabrın 2-də Stokholmda keçirilən görüş bu il Lavrovla Blinken arasında baş tutan ikinci görüşdür. İlk görüş 2 saat davam edib, amma Stokholmda 40 dəqiqə söhbət aparıblar” deyən eks deputat Cümşüd Nuriyev onların arasında müzakirə olunan məsələləri yalnız ehtimal etməyin mümkün olduğunu bildirib.
Politoloq Bizim.Media-ya özəl olaraq açıqlayıb ki, Sergey Lavrovun görüşdən sonrakı həyəcanlı bəyanatı da buna təsdiqdir – “Avropada ortamənzilli amerikan raketləri mövcud olacaq”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ermənistandan keçmiş ərazilərini ala bilərmi? - Tofiq Zülfüqarovdan ÖZƏL
Cümşüd Nuriyev əlavəsində bunu Rusiyanın etirazı adlandırıb:
“Digər etiraz Azərbaycandakı rus sülhməramlılarının qəbul olunmamasıdır. Məsələ ondadır ki, Paşinyanı yenidən Qərbə tərəf çəkmək, Ermənistanı ələ almaq istəyirlər. Təbii ki, Rusiya da buna öz razılığını verməyəcək”.
Cümşüd Nuriyevin açıqlamasının digər maraqlı hissələri:
⦁ Lavrovla Blinkenin görüşü heç də uğurlu alınmayıb
⦁ Bunu yeni soyuq müharibənin başlanması qərarı kimi də dəyərləndirmək olar
⦁ Stokholmdakı Lavrov Blinken masasında Qarabağ məsələsi də olub
⦁ NATO-nun Avropda irəliləməsi Rusiyanı narahat edir
⦁ Rusiya ilə yanaşı, Belarusa qarşı da sanskiyalar artıb
⦁ Qərbin təkidi ilə Ukraynada müharibə təhlükəsi var
“Rusiya-Türkiyə yaxınlaşması Amerikanı narahat etdiyinə görə, bu məsələnin də müzakirə mövzusu olması inandırıcıdır. Sanki ABŞ və Rusiya dünyanın yeni bölgüsünə cəhd göstərirlər. Hazırda III Dünya Müharibəsi səssiz gedir. Amma bunun isti müharibəyə çevrilmə ehtimalı da var”.
Eks deputatın fikrincə, yaxın zamanda sözügedən isti müharibənin şahidi olacağıq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:13 / 03.12.2021
“III Dünya Müharibəsinin səssiz başlanğıcı gedir, bir azdan...” - Eks deputatdan ŞƏRH
Hazırda oxunan: “III Dünya Müharibəsinin səssiz başlanğıcı gedir, bir azdan...” - Eks deputatdan ŞƏRH
Hazırda oxunan: “III Dünya Müharibəsinin səssiz başlanğıcı gedir, bir azdan...” - Eks deputatdan ŞƏRH
48932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.